Son Xəbər: "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar, İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək, Zakir Həsənov Pakistana başsağlığı verib, Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək, Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb, Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq, Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb, 23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cənubi Qafqazda yeni reallıqlar - ŞƏRH, Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM, İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb,

Uşaqlar arasında qaraciyər xəstəliklərinin yayılmasının ƏSAS SƏBƏBLƏRİ

Uşaqlar arasında qaraciyər xəstəliklərinin yayılmasının ƏSAS SƏBƏBLƏRİ

Tarix: 14-02-2020, 07:15

Azərbaycanda uşaqlar arasında qaraciyər xəstəliklərinin yayılmasının əsas səbəbləri açıqlanıb.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin Transplantologiya İşinin Təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi Trend-ə bildirib ki, uşaqlarda qaraciyər çatışmazlığının yaranmasının ən əsas səbəbləri "Wilson" xəstəliyi (qaraciyərdə misin toplanması), daha sonra anadangəlmə metobolik xəstəliklər, anadangəlmə öd yollarının olmaması, yaxud qüsurlu olmasıdır:

"Metobolik xəstəliklərə daha çox qohum evliliklərindən dünyaya gələn uşaqlarda rast gəlinir. Qohum evlilikləri uşaqlarda anadangəlmə qaraciyər xəstəliklərinin yaranmasına zəmin yaradır. Bu cür nikahlar gələcəkdə uşaqların belə xəstəlik ilə doğulması üçün sadəcə risk faktorudur. Lakin qohumluq əlaqələri ilə qurulan çoxlu sayda ailələr var ki, onlarda sağlam uşaq doğulur. Olduqca yaxın, genetik qohumluq əlaqələri ilə qurulan evliliklərdə belə hallara daha çox rast gəlinir".

M.Kazımi əlavə edib ki, Azərbaycanda qohum evliliklərinə görə bir ailədə bir və ya bir neçə uşağın qaraciyər xəstəlikləri ilə üzləşməsi halları var:

"Məsələn, qanlarında yağların miqdarının yüksək olduğu hipolipidemik xəstələrin ailələrinin bir neçə üzvündə qaraciyər çatışmazlığı olur. Qaraciyərində mis yığılan "Wilson" xəstələrində də bu problem ailənin bir neçə üzvündə müşahidə edilir".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR