Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Sabah hava necə olacaq? - PROQNOZ

Sabah hava necə olacaq? - PROQNOZ

Tarix: 15-02-2020, 13:43

Azərbaycanda bazar gününə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 16-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskinli, Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 1-4° isti, gündüz 7-10° isti, Bakıda gecə 1-3° isti, gündüz 8-10° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə və gündüz 70-80% olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə isə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturugecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR