Son Xəbər: Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib, Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron - ŞƏRH, Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir, Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb, Muxtar Babayev: "İnnovativ strategiyalar maliyyə və investisiyaları artırır", “Heç bir zaman işləməyənlərin pensiya sisteminə girməsinə icazə vermək olmaz”, Yenidən öz postlarına namizəd olacaqlar, COP29-un misirli qonağından UNİKAL METOD – Kosmosda elektrik enerjisi istehsal OLUNACAQ?, Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu, Generalın oğluna yeni vəzifə verildi,

Azərbaycanlılar istirahət üçün niyə xaricə gedirlər? - ARAŞDIRMA

Azərbaycanlılar istirahət üçün niyə xaricə gedirlər? - ARAŞDIRMA

Tarix: 17-02-2020, 12:26

Xaricə səfər edən azərbaycanlıların sayı, Azərbayacana səfər edən əcnəbilərin sayından hər zaman çox olur.
Yeniavaz.com açqılanan rəsmi statistikaya istinadən bildirir ki, yola saldığımız 2019-cu ildə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 5 milyon 567,7 min nəfər, Azərbaycana səfər edən əcnəbilərin sayı isə 3 milyon 170,4 min nəfər olub. Göründyü kimi, xaricə səfər edən azərbaycanlıların sayı, Azərbayacana səfər edən əcnəbilərin sayından 76% çox olub.
Aradakı fərq bu ilin ilk ayında daha da böyüyüb. Belə ki, bu ilin yanvar ayında xaricə səfər edən azərbaycanlıların sayı, Azərbayacana səfər edən əcnəbilərin sayından 92% çox olub. Açıqlanan rəsmi məlumatlara görə, yanvar ayında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 433,7 min nəfər, Azərbaycana səfər edən əcnəbilərin sayı isə 226,2 min nəfər təşkil edib.
Arada bu qədər böyük fərqin olmasının əsas səbəblərindən biri kimi, ölkə daxilində turizm xidmətlərinin baha olması göstərilir. Bu səbəbdəb də həm xarici turistlər Azərbaycana daha az gəlir, həm də azərbaycanlı turistlər xarici ölkələrə daha çox səfər edirlər.
Azərbaycanda turizm xidmətlərinin nə qədər baha olduğunu görə bilmək üçün turizm xərcləri arasında ilk sırada yer alan otel xərclərinə nəzər salmaq olar.
Yeniavaz.com otel sifarişi üzrə ixtisaslaşan məşhur "trivago.com" saytına istinadən region ölkələrindəki otel qiymətlərini müqayisə edib.
Müqayisə üçün Novruz bayramına təsadüf edən 20-21 mart tarixlərini seçərək 2 nəfərlik otel otağının bir günlük qiymətinə baxdığımız zaman açıq şəkildə görülür ki, Azərbaycan digər region ölkələri - Türkiyə, Rusiya, Gürcüstan, İran və Ermənistan ilə müqayisədə ən baha otellərə sahib ölkədir.
"Trivago.com"un Azərbaycan üzrə təqdim etdiyi ilk 5-likdə yer alan otellər arasında ən baha qiymət "Four Seasons Hotel Baku"ya məxsusdur - 219 dollar. Ən ucuz qiymət isə "Shahdag Mountain Resort" otelidir və burada 2 nəfərlik otağın qiyməti 120 dollar təşkil edir.
"Trivago.com" qonşu Türkiyədə ən bahalı otel kimi turizm bölgəsi olan Bələkdəki (Antalya) 5 ulduzlu "Bellis Deluxe" otelini göstərir. Bu oteldə 2 nəfərlik otağın qiyməti 115 dollara bərabərdir. Ən ucuz otel kimi Antalyadakı "Konak Hotel Kaleiçi" göstərilir ki, burada qiymət cəmi 16 dollar təşkil edir.
Axtarış zamanı təqdim olunan ilk 5-likdəki otellərə baxdığımız zaman belə görünür ki, Rusiyada ən bahalı otel qiyməti 97 dollar, Gürcüstanda 141 dollar, İranda 115 dollar, Ermənistanda isə 92 dollar olub. Rusiyada ən ucuz otel qiyməti 50 dollar, Gürcüstanda 69 dollar, İranda 56 dollar, Ermənistanda isə 39 dollar təşkil edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR