Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Rauf Əliyev üçün əlamətdar tur

Rauf Əliyev üçün əlamətdar tur

Tarix: 17-02-2020, 12:43

Azərbaycan Premyer Liqasının 17-ci turu Rauf Əliyevin daha bir klubda qol hesabını açması ilə əlamətdar olub.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, qış fasiləsində “Səbail”ə keçən hücumçu “Qəbələ” ilə ev matçında (3:1) qol sevinci yaşayıb. O, cari mövsümün ilk yarısında “Neftçi”də də fərqlənmişdi.
Rauf əvvəlki mövsümlərdə daha 5 komandada rəqib qapısına yol tapıb. Forvard “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran”, “Keşlə” və “Qəbələ”də bunu bacarıb.

“Qəbələ”yə vurduğu topla Əliyev heyətində fərqləndiyi klubların sayını 7-yə çatdırıb. Rauf Azərbaycan çempionatlarının 28 illik tarixində 7 və daha çox klubda qol vuran 12-ci oyunçudur. Mütləq rekord isə 10 komandada bunu bacaran Kənan Kərimova məxsusdur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR