Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

BŞBPİ: Sosial şəbəkələrdə yayılan video ilə bağlı araşdırma başlayıb

BŞBPİ: Sosial şəbəkələrdə yayılan video ilə bağlı araşdırma başlayıb

Tarix: 13-11-2019, 09:42


Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə yayılan video ilə bağlı araşdırmaya başlayıb.

Mediabiz.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər barədə məlumatlıdır: "Müvafiq rayon polis idarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq buna hüquqi qiymət veriləcək”.
Qeyd edək ki, axşam saatlarında Bakıda iki nəfər şəxs avtomobillərin qarşısını kəsərək əllərindəki əşyalarla avtomobillərə zərər vurub. Sonra isə küçə ilə gedən qadına hücum ediblər. Daha sonra ətrafdakı insanlar həmin şəxslərin üzərinə hücum edərək onları döyüblər.(apa)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR