Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Nazir müavini: “Azərbaycanda sənaye məhəllələri fəaliyyətə başlayır”

Nazir müavini: “Azərbaycanda sənaye məhəllələri fəaliyyətə başlayır”

Tarix: 18-02-2020, 12:39


Bu il Azərbaycanda bir neçə sənaye məhəlləsinin tam fəaliyyətə başlaması gözlənilir.
Bunu Oxu.Az-a açıqlamasında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.
Nazir müavini Hacıqabul, Sabirabad və Şərur sənaye məhəllələrində aparılan tamamlama işləri barədə də danışıb:
“Hacıqabul Sənaye Məhəlləsində tikinti işləri yekunlaşıb və rezidentlərin qəbulu davam edir. Həmçinin, Hacıqabul Sənaye Məhəlləsində bir neçə rezident fəaliyyət göstərir. Sabirabad Sənaye Məhəlləsində isə tikinti işləri yekunlaşıb və bir neçə rezident fəaliyyət göstərməyə tam hazırdır”.
N.Səfərov bildirib ki, Şərur Sənaye Məhəlləsində infrastrukturun qurulması ilə bağlı işlər aparılır.
Qeyd edək ki, 2019-cu ilin may ayının statistikasına əsasən sənaye məhəllələrində 60-ya yaxın rezident fəaliyyət göstərir. Bu rezidentlər tərəfindən üç milyard manata yaxın investisiya yatırılıb. Bunun da 540 milyon manatı ilkin dövrə düşüb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR