Son Xəbər: Əli Əsədov və Denis Şmiqal Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə ediblər, Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji müttəfiqlik münasibətlərini müzakirə ediblər, Şahin Bağırov Xankəndidə vətəndaşları qəbul edəcək, Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur, Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN, Azərbaycanlı biznesmen çətin sınaq qarşısında - milyardlarını itirə bilər, Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb, TƏBİB-in mətbuat departamentinə yeni rəhbər təyin olunub, Səyyar ASAN xidmətin iyunda fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb, Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik edib,

18 yaşa qədər ana olanların STATİSTİKASI: "Razılığın olub-olmaması ..."

18 yaşa qədər ana olanların STATİSTİKASI: "Razılığın olub-olmaması ..."

Tarix: 13-11-2019, 09:52

Azərbaycanda ötən il (2018-ci ildə) 15-17 yaş qruplarında olan qadınlar tərəfindən 2 129 uşaq doğulub.

Qeyd edək ki, sözügedən rəqəm 2017-ci ildə 2 421, 2016-cı ildə 2 809, 2015-ci ildə 2 895, 2014-cü ildə 3 296, 2013-cü ildə 2 855, 2012-ci ildə 3 236, 2011-ci ildə 4 392, 2010-cu ildə isə 4 103 olub.
Həmçinin 1990-ci ildən etibarən ən böyük rəqəm 2011-ci ildə (4 392), ən kiçik rəqəm isə 1990-cı (151) ildə qeydə alınıb.
Mövzu ilə əlaqədar Lent.az -ın suallarını cavablayan vəkil Leyla Bədəlova bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152-ci maddəsinə görə 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır:

“Eyni əməllər 14 yaşına çatmayan şəxs barəsində törədildikdə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmçinin bu tip cinayətlərə görə məsuliyyət zərərçəkmiş şəxslə bu əməli törətmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır.
Qanunla hər hansı razılığın olub-olmaması heç bir önəm daşımır. İstənilən halda 16 yaşınadək şəxslə cinsi əlaqədə olma cinayət məsuliyyəti yaradır”.
L.Bədəlova əlavə edib ki, Cinayət Məcəlləsində ana olmağın yaşı ilə bağlı olaraq hər hansı bir məsələ nəzərdə tutulmayıb.
Qeyd edək ki, Azərbaycanda qadın və kişilər üçün nikah yaşı 18 olsa da, bəzi səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR