Son Xəbər: Mincivan qəsəbəsinin işğaldan azad olunmasından beş il ötür, Xamənei Trampa: Zənn elə ki, nüvə sənayemizi məhv etmisən, Prezident Qazaxıstandadır - Fotolar, Sahibə Qafarova Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında çıxış edib, Naxçıvanda nazir müavini vəzifədən çıxarılıb, Nizami Rəmzinin qızı həbs olundu, AZAL təcili eniş edən təyyarə barədə daha bir məlumat yaydı, Şimşək çaxacaq, leysan, dolu yağacaq - Sabahın havası, Kafedə kütləvi dava - Xəsarət alanlar var, Səbinə Əliyeva "Uşaq Hüquqları Aylığı"nın elan olunması ilə bağlı müraciət edib,

Növbəti sosial evlər nə vaxt satışa çıxarılacaq? - RƏSMİ

Növbəti sosial evlər nə vaxt satışa çıxarılacaq? - RƏSMİ

Tarix: 13-11-2019, 10:40

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi Yasamal Yaşayış Kompleksində 2019-cu il oktyabrın 16-da “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 570 mənzildən 284-nün alqı-satqısı uğurla başa çatdırılıb.
Bu barədə Mediabiz.az -a MİDA-nın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, həmin mənzillərdən 2-si oktyabrın 18-də mənzili gözləmə qaydasında birinci sırada seçilmiş şəxslər tərəfindən əldə edilib. Hazırda qalan mənzillərin satışının rəsmiləşdirilməsi qaydalara uyğun davam etdirilir.
Güzəştli şərtlərlə əldə edilmiş 284 mənzildən 49-u 1 otaqlı, 159-u 2 otaqlı, 76-sı isə 3 otaqlıdır. Mənzilə sahib olmuş vətəndaşlardan 140-ı mənzili öz vəsaiti hesabına, 144-ü isə güzəştli ipoteka krediti hesabına əldə edib.
Məlumatda bildirilib ki, tezliklə Yasamal Yaşayış Kompleksində qalan mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək.
Bununla əlaqədar mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan vətəndaşlar ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etməlidir.
Qeyd edək ki, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydası”na əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR