Son Xəbər: Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib, Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb, Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ, Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir", Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var, Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək, İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib, DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir, Azərbaycan neftinin qiyməti 117 dolları keçib, Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb,

Elxan Məmmədov: “Turistləri buradan qaçırmayaq”

Elxan Məmmədov: “Turistləri buradan qaçırmayaq”

Tarix: 19-02-2020, 11:17


“Fan-zonalarda hər şirkət bir məhsul satacaq. Çünki bu bir aylıq tədbirdir. Biz bir məhsulun digər şirkətlər tərəfindən satışının həyata keçirilməsinə imkan verməyəcəyik. İstəmirik ki, orada rəqabət yaransın. İstəyirik ki, tenderdə qalib gələn şirkətlər bu bir ay ərzində satışdan gəlir əldə edə bilsin”.

Oxu.Az-ın xəbərinə görə, bunu AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov deyib.

O, yarış zamanı Bakıda fəaliyyət göstərən restoranların, pabların, kafelərin qiymətləri çox artırmasından narazılığını da bildirib:

“Biz şəhərdə digər iaşə obyektlərinin satış prosesinə qarışa bilmərik. Ancaq qiymətlərin 100 faiz qaldırılması doğru deyil. Fan-zonalarda 50 faizədək qiymət artımı ola bilər. Avropada da belə tədbirlər zamanı qiymət artımı olur. Amma bu, 30 faizdən yuxarı olmur. Biz düşünməliyik ki, turistləri buradan qaçırmayaq. Onlar burada yüksək qiymətləri görüb qorxmasınlar, əksinə Bakıya bir də gəlmək haqqında düşünsünlər”.

Qeyd edək ki, 13-21 iyun tarixlərində Bakıda AVRO-2020-nin qrup mərhələsinin oyunları keçiriləcək. İyunun 4-də isə 1/4 final mərhələsinin bir oyunu Bakı Olimpiya Stadionunda baş tutacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR