Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Türkiyə Peterburq Beynəlxalq Mədəniyyət Forumunda beş film nümayiş etdirəcək

Türkiyə Peterburq Beynəlxalq Mədəniyyət Forumunda beş film nümayiş etdirəcək

Tarix: 13-11-2019, 11:05

Türkiyə noyabrın 14-dən 16-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək VIII Beynəlxalq Mədəniyyət Forumunda beş film nümayiş etdirəcək. AZƏRTAC xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Özgül Özkan Yavuz söyləyib.
Nazir müavini qeyd edib ki, Rusiyanın şimal paytaxtının “Rodina” kinoteatrında nümayiş olunacaq filmlər rus dilində subtitrlərlə təqdim ediləcək. Tük filmlərinin nümayişi Kann kino festivalında göstərilmiş “Vəhşi qrup” ekran əsəri ilə başlayacaq. Özkan Yavuz əlavə edib ki, Rusiyada Türkiyənin seriallarına və filmlərinə böyük maraq var. Bundan başqa, bu il türk kinematoqrafçıları Moskva Kino Festivalının fəxri qonağı olublar.
Türkiyəli nazir müavini xatırladıb ki, 2019-cu ildə hər iki ölkədə keçirilən Rusiya-Türkiyə Mədəniyyət İli çərçivəsində mədəniyyət, habelə turizm sahəsində bir sıra tədbirlər keçirilib. “Nazir Məhmət Nuri Ərsoy iki dəfə Moskvaya səfər edib. İki ölkə arasında mədəni əlaqələrin inkişafı xalqlarımızı da məmnun edir”, -deyə o əlavə edib.
Xatırladaq ki, çarpaz Mədəniyyət İli aprelin 8-də Rusiya və Türkiyənin nazirlərinin iştirakı ilə açılıb. Bu çərçivədə konsertlər, teatr və sirk tamaşaları, sərgilər təşkil olunub. Noyabrın 21-də isə Rusiyanın Əməkdar artisti, pianoçu Andrey Pisarev Türkiyənin Prezident Simfonik Orkestrinin müşayiəti ilə Türkiyədə konsert verəcək.
Türkiyə Peterburq Beynəlxalq Mədəniyyət Forumunda “Xüsusi proqram” statusu çərçivəsində iştirak edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR