Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Fransa polisi Elşad Abdullayevlə bağlı hərəkətə keçdi

Fransa polisi Elşad Abdullayevlə bağlı hərəkətə keçdi

Tarix: 20-02-2020, 09:33

2013-cü ildə Fransada siyasi mühacir statusu almış Bakı Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev barəsində Fransa Milli Polisinin Baş Müfəttişliyi (l’inspection générale de la policenationale (IGPN)) tərəfindən təhqiqat başlayıb.
 
S-2020/469 nömrəli iş KİV-də onun qanunsuz fəaliyyəti haqqında nəşrlərdən sonra açılıb, xəbəri Fransadan siyasi mühacir Ramin Nağıyev verib.
 
Fransa polisi Elşad Abdullayevin Avropada qanunsuz fəaliyyəti haqqında məlumata malik olan şəxslərdən 30 Rue Antoine-Julien Hénard, 75012 Paris, France, igpn-signalement@interieur.gouv.fr ünvanına məlumat vermələrini xahiş edir.
 
Elşad Abdullayev özü Azərbaycan Baş Prokurorluğunun ona qarşı irəli sürdüyü insan orqanlarının qanunsuz ticarəti və vəzifə səlahiyyətlərini aşma ittihamlarını rədd edir. Bu ittihamlar siyasi motivlidir və 2003-cü ildə qardaşı Mahir Abdullayevin oğurlanmasını araşdırması və bu araşdırma nəticəsində oğurluqda Azərbaycanın güc qurumlarındakı yüksək vəzifəli şəxslərin əlinin olduğunu müəyyən etməsi ilə bağlıdır. Bu barədə Azad Mürsəliyev - Abdullayevin qohumu və Mahir Abdullayevin Hüquqlarını Müdafiə İctimai Komitəsinin sədri bildirib.
 
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun məlumatında donorların böyrəklərinin qanunsuz şəkildə əcnəbi vətəndaşlara köçürülməsi faktı üzrə cinayət işi açıldığı bildirilirdi. Söhbət 2009-cu ilin martından dekabrına qədərki dövrdən gedir.
 
Prokurorluğun məlumatına görə, əməliyyatlar Azərbaycan Beynəlxalq Universitetinin Tibb Mərkəzində keçirilirdi. E.Abdullayev və mərkəzin baş həkimi Dilarə İsmayılovaya qarşı CM-in 137.3-cü (insan orqanlarının və ya toxumalarının alış-satışı) və 308.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.
 
Bakının Nəsimi rayon məhkəməsi Abdullayevi qiyabi olaraq həbsə məhkum edib və barəsində beynəlxalq axtarış elan edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR