Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Növbədə hansı icra başçılarıdır? – SİYAHI

Növbədə hansı icra başçılarıdır? – SİYAHI

Tarix: 21-02-2020, 09:14

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Neftçala rayonundan sonra daha bir neçə rayonda əməliyyat keçirəcəyi ehtimal edilir.
 
Pravda.az-ın xəbərinə görə, bu əməliyyatlar daha çox narazılığın olduğu rayonlarda həyata keçirilir.
 
Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun bir neçə gün öncə dərc olunan məqaləsində qeyd edilib ki, şikayətlərin sayı 2018-ci illə müqayisədə Xətai, Yasamal, Yevlax, Ağdam, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Gədəbəy, İmişli, Laçın, Neftçala, Salyan, Şamaxı, Şəmkir, Zərdab, digər şəhər və rayonlardan artıb.
 
Bildirilib ki, şikayətlərin təhlili və onlara obyektiv baxılması dövlət qurumlarında biganəliyin, süründürməçiliyin qarşısını almağa kömək etdiyinə görə bu müraciətlər daha diqqətlə öyrənilir: "Prezident Administrasiyasına daxil olan şikayətlər hansı sahələrdə və ya hansı bölgələrdə işin düzgün qurulmadığını da əks etdirdiyinə görə onların sayı, mövzuları, haradan daxil olması və onları doğuran səbəblər mütəmadi olaraq təhlil edilir.
 
Mövzular üzrə təhlil göstərir ki, hüquq mühafizə və məhkəmə orqanlarının, həmçinin vəzifəli şəxslərin fəaliyyəti, bank əməliyyatları, kreditlərin verilməsi, əmək mübahisələri, işdən çıxarılma, səhiyyə müəssisələrinin və tibbi personalın fəaliyyəti, fərdi torpaq və əkin sahələrinin zəbt olunması, əlillik dərəcələrinin düzgün təyin edilməməsi, tibbi-sosial ekspert komissiyalarının, özəl müəssisələrin fəaliyyəti, mərkəzi və yerli qurumlarda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, bəzi şəhər, rayon icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyəti ilə bağlı şikayətlər daha çoxdur".
 
DTX bir müddət əvvəl Ağstafada əməliyyat keçirdi, rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev və birinci müavini Ramiz Tatarov saxlanıldı, cinayət işi açıldı və həbs edildi. Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı da həbs edilib. Fevralın 20-də də Neftçalada əməliyyat keçirildi, saxlanılanların olduğu bildirilir. Şikayətlərin daha çox olduğu rayonların siyahısında bu rayonların adları var. Siyahıda başqa rayonlar da qeyd edilib. Prezident İlham Əliyev son çıxışlarında dəfələrlə vurğulayıb ki, qanun pozuntularına yol verən məmurlar sərt cəzalandırılacaq. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR