Son Xəbər: UEFA Çempionlar Liqasında iştirak edəcək bütün komandalar məlum olub, Sahibə Qafarova Belqradda Serbiya Milli Assambleyasının sədri ilə görüşüb, Ağdaşda maşın ağaca çırpılıb, 1 nəfər ölüb, Ukrayna ordusuna aid dronun Donetskdə avtobusa düşməsi nəticəsində yeddi nəfər ölüb, Əli Əsədov və Denis Şmiqal Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə ediblər, Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji müttəfiqlik münasibətlərini müzakirə ediblər, Şahin Bağırov Xankəndidə vətəndaşları qəbul edəcək, Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur, Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN, Azərbaycanlı biznesmen çətin sınaq qarşısında - milyardlarını itirə bilər,

Daha bir icra başçısı hədəfdə - Bu gün həbs olunan İsmayılovun qaynıdır

Daha bir icra başçısı hədəfdə - Bu gün həbs olunan İsmayılovun qaynıdır

Tarix: 21-02-2020, 09:37

Əvvəl Ağstafa və Yevlax rayonlarının icra başçılarının həbsi, bu gün isə Neftçala rayon icra başçısının saxlanılmasından sonra cəmiyyətdə növbəti cəzalandırılacaq icra başçısının kim olacağı barədə suallar dolaşır. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif iddialar da səsləndirilir.


BakuPost-un əldə etdiyi məlumata görə, hazırda hüquq mühafizə orqanlarında Xızı Rayon icra Hakimiyyəti ilə bağlı təhqiqatlar aparılır.


Onu da vurğulayaq ki, Xəzər Aslanov bu gün prezidentin sərəncamı ilə işdən çıxarılan Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin qaynıdır. Onların hər ikisi vaxtilə gömrük orqanlarında çalışıblar. Xəzər Aslanovun icra başçısı postuna gətirilməsində İsmayıl Vəliyevin böyük rolu olub.


Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov 2006-2012-ci illərdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.


Qeyd edək ki, Xəzər aslanovun atası Qəşəm Aslanov 1968-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində inspektor, 1970-1972-ci illərdə "Azərbaycan gəncləri" qəzetinin baş redaktoru, 1972-1975-ci illərdə Şuşada birinci katib, 1975-1984-cü illərdə Abşeron və İsmayıllı rayonlarında birinci katib vəzifəsində işləyib. 1984-cü ildə avtomobil qəzasında həlak olub


Bu gün Dövlət Təhlükəsizliyi Xidməti Neftçla Rayon İcra Hakimiyyətində xüsusi əməliyyat keçirib. İlkin məlumata görə, həbs olunanlar var.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR