Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

İranın vacib günündə KORONAVİRUS həyəcanı - Milyonlarla insan evindən çıxmayacaq

İranın vacib günündə KORONAVİRUS həyəcanı - Milyonlarla insan evindən çıxmayacaq

Tarix: 21-02-2020, 09:57

Xəbər verdiyimiz kimi, bu gün İranda parlament seçkiləri keçirilir.

Publika.az xəbər verir ki, 57 milyon 918 min seçici 208 seçki bölgəsində qurulan 55 min məntəqədə səs verəcək.

11-ci dəfə formalaşdırılacaq parlamentin 290 üzvünü müəyyən edəcək seçkilərə qatılmaq üçün müraciət edən 16 min 33 nəfərdən 7 min 148-nin namizədliyi təsdiq olunub. Rəqəmlərə əsasən, 290 mandatlıq parlamentdəki hər yer üçün 24 nəfər mübarizə aparır.

Paytaxt Tehran 35 millət vəkili ilə məclisə ən çox deputat göndərəcək bölgədir.

Ölkədə 2 milyon 931 min 716 nəfər ilk dəfə səsvermə prosesində iştirak edəcək. Nəticələrin sabah səhər saatlarından etibarən açıqlanması planlaşdırılır.
Seçkilərdə namizəd olmaq üçün müraciət edənlərdən bir çoxunun Konstitusiya Mühafizəçiləri Şurası tərəfindən veto edilməsi səbəbilə, xüsusilə, islahatçı qanada mənsub seçicilərin inamının azaldığı, buna görə də seçkilərdə aktivliyin aşağı olacağı gözlənilir.

Bundan başqa, Çindən dünyaya yayılan və İranda 2 nəfərin ölümünə səbəb olan koronavirusun da aktivliyə əhəmiyyətli dərəcədə təsir edəcəyi istisna olunmur. Çünki ölkənin səhiyyə qurumları zərurət olmadığı təqdirdə insanların kütləvi toplaşmaması barədə xəbərdarlıq edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR