Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Baş nazir komissiyanın bir səlahiyyətini ləğv etdi

Baş nazir komissiyanın bir səlahiyyətini ləğv etdi

Tarix: 21-02-2020, 10:24

Nazirlər Kabineti özünün "Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi haqqında” qərarında dəyişiklik edib.

Oxu.Az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabineti qərara alıb ki, yuxarıda adıçəkilən Əsasnamənin 3-cü hissəsinin ikinci abzası ləğv edilsin.

Bundan əvvəlki qərarla (1999-cu il 11 avqust tarixli) Əsasnamənin 3-cü hissəsinin ikinci abzasında yazılırdı ki, Komissiya avtomobil yollarında yol hərəkətini nizamlayan texniki vasitələrin quraşdırılmasına icazə verir.

Əli Əsədovun qərarla isə Komissiyanın bu səlahiyyəti əlindən alınıb.

Qeyd edək ki, qərar Azərbaycan Prezidentinin 2019-cu il 28 avqust tarixli fərmanının 1.3-cü bəndini təmin etmək məqsədi ilə imzalanıb.

"Yol Hərəkəti haqqında” qanunun 9-cu maddəsinin 9-cu bəndinə əsasən avtomobil yollarında yol hərəkətini nizamlayan texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə quraşdırılır.

Bundan sonra avtomobil yollarında svetoforlar, yol nişanları, nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələri Daxili İşlər Nazirliyi, Bakıda isə Bakı Nəqliyyat Agentliyinin (svetoforlar və yol nişanlarına münasibətdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəyi nəzərə alınmaqla) qərarı ilə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq tətbiq olunacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR