Son Xəbər: Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib, Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb, Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ, Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir", Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var, Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək, İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib, DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir, Azərbaycan neftinin qiyməti 117 dolları keçib, Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb,

“Bu nə işdir məşğulsunuz?” - ATV-ni tənqid etdi

“Bu nə işdir məşğulsunuz?” - ATV-ni tənqid etdi

Tarix: 21-02-2020, 13:24

“Avtostop” proqramının aparıcısı Tural Yusif ATV-də yayımlanan “Ən yaxşısı” verilişində müğənni Manaf Ağayev və aparıcı Mətanət Əliverdiyevanın qadına şiddəti təbliğ edən söhbətinə münasibət bildirib.

Axşam.az xəbər verir ki, aparıcı onları tənqid edərək sosial şəbəkədə bunları yazıb:

“Başını kəsərəm, öldürmək nədir?” - Nə redaktor (əgər varsa), nə prodüser (yox kimi bir şeydir), daha sonra montajçı, kanal rəhbərliyi belə buna reaksiya verməyib. Qadına şiddətin şiddəti yüksək olan ölkədə TV-də açıq təbliğat gedir və susublar. Üstəgəl, kanal bunu öz “Youtube”na yerləşdirib. MTRŞ (Milli Televiziya və Radio Şurası – red.) hələ də reaksiya verməyib.
Bir müddət sonra məzlumun birini öldürəcəklər, eyni telekanalda bu cinayətdən danışılacaq, göz yaşı töküləcək və artistlik ediləcək. Dəlisiniz? Bir insan olaraq fayda vermək əvəzinə, bu nə işdir məşğulsunuz? Nədir bu söhbətin mənası? Verilişin dramaturgiyasının tələbidir? Siz kimə nə örnək olursuz? Faydanız nədir? Nə öyrətdiniz? Efirin məsuliyyətini anlayırsız? “#qadınaşiddətəyox” yazmayın, şiddəti təbliğ etməyin, qınayın, bəs edər”.
Qeyd edək ki, M.Əliverdiyeva proqramına qonaq olan müğənni Manaf Ağayevə “Qadın səni hansı həddə çatdırmalıdır ki, ona əl qaldırasan” sualını ünvanlayıb.
Manaf isə “Belə göründüyümə baxma, o vəziyyətə dözən deyiləm. Bir sözə görə baş kəsərəm. Ailəm məni qəşəng tanıyır ki, bu sözü desə, öldürərəm, asıb-kəsərəm. Bir dəfə təzə evlənəndə xanımıma əl qaldırmışam. Gəldim ki, uşaq ağlayır, onda bir dəfə vurmuşam. Üzr istəmədim. O mənə aid deyil” deyə, aparıcıya cavab verib.

Xatırladaq ki, Tural uzun müddət ATV-də çalışıb. O, hazırda fəaliyyətini İTV-də davam etdirir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR