Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Ekspertlər həyəcan təbili çalır: “Koronavirusa bu yolla da yoluxmaq mümkündür”

Ekspertlər həyəcan təbili çalır: “Koronavirusa bu yolla da yoluxmaq mümkündür”

Tarix: 21-02-2020, 14:13

Rusiyalı mütəxəssislər Çinə getməyən və yoluxmuş şəxslərlə təmasda olmayan insanların koronavirusa yoluxması ilə bağlı iki versiya irəli sürüblər.

Bu barədə “İzvestiya” xəbər yayıb.

Birinci versiyaya görə, yoluxmanın səbəbi gizli infeksiya daşıyıcıları ilə əlaqədar ola bilər.

Mütəxəssislərin fikrincə, patogen Çindən gələn və heç bir simptom görünməyən insanlardan keçə bilər.

Bundan başqa, patogeni müəyyən etmək üçün aeroportlarda həyata keçirilən skrininq effektsiz sayılıb.

Mütəxəssislər hesab edirlər ki, xəstəliyin inkubasiya dövrü çox olduğundan, yoluxanların yarısı aparatda müəyyən edilmir. Virus klinik olaraq iki-üç həftə özünü göstərməyə bilər.

İkinci versiyaya görə, diaqnostikada istifadə olunan testlər “COVID-19”a deyil, genetik cəhətdən yaxın digər ştamma reaksiya verə bilər.

Mütəxəssislər hesab edirlər ki, hökumət tərəfindən həyata keçirilən tədbirlərə artıq barmaqarası baxmaq olmaz.

Son məlumatlara görə, epidemiyanın mərkəzi sayılan Çinin Uhan şəhərində yeni növ koronavirusdan ölənlərin sayı 2144 nəfərə çatıb. 62422 nəfər xəstəliyə yoluxub. 11788 nəfər isə tam sağalıb.

Qeyd etmək lazımdır ki, yeni növ koronavirus artıq dünyanın 25 ölkəsində təsbit edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR