Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

İranda koronavirusdan ölənlərin sayı artır - YENİLƏNİB

İranda koronavirusdan ölənlərin sayı artır - YENİLƏNİB

Tarix: 21-02-2020, 17:46

"İran naziri şübhəli halın 758 olduğunu, 18 halda koronavirus diaqnozunun qoyulduğunu, 5 xəstənin isə öldüyünü söylədi”.


"Report” İHA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca iranlı həmkarı ilə telefon danışığından sonra bildirib.


Xatırladaq ki, İranda koronavirusdan ilk ölüm faktı fevralın 20-də qeydə alınıb. Ümumilikdə dünyada infeksiyadan ölənlərin sayı 2 200-ü ötüb.


*** 14:46


İranda daha 2 nəfər koronavirusdan dünyasını dəyişib.


"Report” "Al-Arabiya”ya istinadən xəbər verir ki, bununla da ölkə ərazisində ölənlərin sayı 4-ə yüksəlib.


Eyni zamanda İranda 13 yeni yoluxma halının aşkarlandığı bildirilib. Bu faktlardan 7-si ölkənin Qum, 4-ü Tehran və 2 nəfəri isə Gilan əyalətində qeydə alınıb. Onlardan da ikisi ölüb.


Bununla da İranda 18 nəfərin koronavirusa yoluxduğu və onlardan  4-nün öldüyü təsdiqlənib. 


Xatırladaq ki, İran Səhiyyə Nazirliyi bu günədək ölkə ərazisində 5 yoluxma halının qeydə alındığını və onlardan da 2-nin öldüyünü açıqlamışdı. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR