Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

İcra başçısı aksiya keçirən əhaliyə:"İnqilab edirsiniz.." - VİDEO

İcra başçısı aksiya keçirən əhaliyə:"İnqilab edirsiniz.." - VİDEO

Tarix: 22-02-2020, 11:15


Xəbər verdiyimiz kimi, Zərdab rayonunda bir qrup Çallı kənd sakini örüş torpaqlarının qanunsuz zəbt olunmasına etiraz ediblər.
 
Unikal.org   xəbər verir ki, hadisə yerinə gələn rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov sakinlərlə görüşüb və bu məsələdə sələfi Lütvəli Babayevi günahkar bilib.
"Siz deyirsiz ki, sözügedən torpaqlarla bağlı müvafiq dövlət qurumlarına şikayət ünvanlamısınız. Amma Lütvəli Babayevin dövründə bu cür hadisələr, üsyan-müsyan olmayıb. Bu düz çıxmır! Lütvəli Babayev dövründə bütün "bu işləri" görüb, gedib, qalıb o yanda... Mən iki ay yarımdı gəlmişəm (icra başçısı) böyrümdə inqilab edirsiz".
M. Camalov problemi araşdırmaq üçün gələn həftədən komissiya yaradılacağını, qanunsuz zəbt olunan torpaqların sakinlərin istifadəsinə veriləcəyini qeyd edib: "Sizin iddia etdiyiniz örüş torpaqdan xəbərim yoxdur. Əgər bir-birimizə güvəniriksə, biz qanunu qorumalıyıq. Bəziləri torpağı 30-40 ilə icarəyə verib. Bu tam cinayətdir. Torpaq 10-15 ildən artıq icarəyə verilə bilməz".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR