Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Koronavirus Vahid Ələkbərovun şirkətinin səhmlərinin düşməsinə səbəb oldu

Koronavirus Vahid Ələkbərovun şirkətinin səhmlərinin düşməsinə səbəb oldu

Tarix: 25-02-2020, 10:52

Dünyada yeni növ koronavirusun yayılması ticarət və maliyyə bazarlarına ciddi təsir edib.

"Bloomberg”in yaydığı xəbərə görə, ABŞ-da yeni həftənin ticarət sessiyası birja indekslərinin əhəmiyyətli dərəcədə azalması ilə müşahidə olunub.
Dünyanın demək olar ki, bütün böyük şirkətlərinin səhmləri ucuzlaşıb.Qeyd edilir ki, Vahid Ələkbərovun prezidenti olduğu "LUKOYL” şirkətinin səhmləri 1.21 milyard dollara düşüb.

Ümumilikdə, planetin ən varlı 500 adamı bir gündə təxminən 139 milyard dollar itiriblər.

Qiymətləndirməyə görə, "Amazon”un başçısı Ceff Bezos və Bernar Arno bir gündə 4,8 milyard dollardan məhrum olublar. 
Qeyd edək ki, internet-korporasiyası "Amazon”un qurucusu dünyanın ən varlı adamları siyahısında liderliyini qoruyur.

İspaniyanın pərakəndə satış şəbəkəsi "Zara”nın sahibi Amancio Orteqa eyni səbəbdən 4 milyard, "Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq isə 3,48 milyard itirib. 

Analitiklər koronavirusun yayılmasının qarşısını almaq üçün müxtəlif ölkələrdə səlahiyyətlilər tərəfindən görülən tədbirlərin qlobal iqtisadiyyata ciddi zərbə vura biləcəyini bildiriblər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR