Son Xəbər: Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib, Fransa polisinə yuxarı sinif şagirdlərinə qarşı işıq-səs qumbaraları tətbiq etmək qadağan edilib, Mürsəl İbrahimov Şuşada vətəndaş qəbulu keçirəcək,

Dünyada nadir maral növü tapıldı

Dünyada nadir maral növü tapıldı

Tarix: 13-11-2019, 15:14

Alimlər Vyetnamda nadir heyvan – gümüşü belli maral (Tragulus versicolor) aşkar ediblər. Tapılan heyvanın adı ingilis dilindən hərfi tərcümədə "siçan-maral”dır. (Mouse deer)
 
Bunun üçün tədqiqatçılar cəngəlliyin dərinliyində fotokamera quraşdırıblar. 5 aydan sonra nəticə əldə olunub. Sözü gedən heyvanın mövcudluğu sübut olunub. Fotokamera ilə 5000 kadr çəkmək mümkün olub. Lakin alimlər hələ heyvan haqqında dəqiq məlumat toplaya bilməyiblər.
 
Marallar fəsiləsinin nümayəndəsi hesab olunan siçan-maralların 30 il öncə nəsillərinin kəsildiyi zənn edilmişdi.
 
Hesablamalara görə, gümüşü belli marallar böyük ölçüyə sahib deyil. Maksimal boyu 25 sm-dir. Boyu dovşanlarla müqayisə edilir. Xarici görünüşünə görə, maralla siçanın hibritinə bənzəyir.
 
Sözü gedən heyvan "25 ən nadir heyvan” siyahısına əlavə olunub. Təbiətin Mühafizəsi  Qlobal fondu  müvafiq qurumları onlarla maraqlanmağa və axtarış üçün vəsait ayırmağa çağırıb.
 
(Mənbə: Esquire)
 
Tərcümə: Cavid Zahidoğlu   




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR