Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

DTX-nin sorğuladığı xanım müavinlə bağlı YENİ XƏBƏR

DTX-nin sorğuladığı xanım müavinlə bağlı YENİ XƏBƏR

Tarix: 25-02-2020, 14:25

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Neftçala İcra Hakimiyyətində keçirilən əməliyyat çərçivəsində otağına baxış keçirilən icra başçısının müavini, deputatlığa namizəd Gültəkin Sadıqova vəzifəsindən rəsmən azad olunub. 

Anews.az xəbər verir ki, bu barədə Unikal.org-a Neftçala Rayon İcra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Burcalı Ağayev məlumat verib. 

İH rəsmisi bildirib ki, Gültəkin Sadıqova hazırda azadlıqdadır və barəsində məhkəməyə təqdimat verilməyib:

"Onun barəsində iltizam qətimkan tədbiri seçilib və tutduğu vəzifəsindən azad olunub. G.Sadıqova dünən icra hakimiyətindəki otağını da boşladıb”.

Qeyd edək ki, DTX əməkdaşları G.Hacıyevanın otağına baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR