Son Xəbər: Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb, Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ, Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir", Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var, Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək, İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib, DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir, Azərbaycan neftinin qiyməti 117 dolları keçib, Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb, Bakıda 14 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur,

Kürdəmirdə ana övladını boğduqdan sonra intihar edib? - İstintaqda ehtimal olunan dəhşətli variantlar

Kürdəmirdə ana övladını boğduqdan sonra intihar edib? - İstintaqda ehtimal olunan dəhşətli variantlar

Tarix: 25-02-2020, 17:21


Kürdəmir rayonunun Şuşun kəndində yaşamış 32 yaşlı Leyla Cəfərova bir yaş altı aylıq oğlunu boğaraq öldürdükdən sonra intihar edib. Hazırda istintaq bu versiyaya əsaslanır.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Qeyd edək ki, Şuşun kəndində ana və uşağın müəmmalı ölümü bir çox suallar doğurub.


Faciə fevralın 22-nə keçən gecə baş verib. Səhəri gün kənd ərazisindəki quyudan L.Cəfərovanın, evdən isə bir yaş altı aylıq oğlu Hilalın meyiti tapılıb.  

Ana və uşağın cəsədlərində zorakılıqla öldürülmə əlamətləri olmayıb. Hadisə yerinə gələn kriminalistlər L.Cəfərovanın əlində ölümcül olmayan kiçik kəsik tapıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları quyunu qazaraq altındakı vinil val qırığı aşkar ediblər. Qadının suya yıxıldığı zaman ona dəyərək yaralandığı güman edilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qətlin mümkünlüyünü istisna etməsələr də, indiyə qədər faktla bağlı heç kim tutulmayıb. L.Cəfərovanın əri Orxan Qəmbərov ilkin dindirilmə zamanı hadisə baş verdiyi vaxt yuxuda olduğunu və buna görə nə baş verdiyini bilmədiyini deyib. Onun sözlərinə görə, yuxudan oyadaraq həyat yoldaşı və uşağının öldüyünü deyiblər.

Eyni zamanda, uşağın boğularaq öldüyü müəyyən edilib. O gecə ana və oğlu yerdə döşəkdə yatıblar. İstintaq uşağın qəzanın qurbanı olma ehtimalını da istisna etmir. Ana yuxuda olan zaman yerində çevrilərək uşağın boğulmasına səbəb ola bilər.

Hazırda heç kim bunu təsdiqləyə və ya inkar edə bilmir.

İstintaqın məlumatına görə, uşağın ölümündən sonra L.Cəfərova özünü dayaz quyuda boğaraq intihar edib.

İlkin məlumatlara görə, qadını intihara məcbur edən səbəb ailə münasibətləri də ola bilər. L.Cəfərovanın boşanmasından sonra valideynləri və qardaşının ailəsi ilə eyni evdə yaşadığı məlum olub. Onun gəlinləri ilə münasibətləri gərginləşib.

Daha bir kiçik detal da var: gəlinlərinin yeganə uşağı bir müddət əvvəl vəfat edib.

Rayon prokurorluğu faktla bağlı araşdırmaları davam etdirir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR