Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı

Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı

Tarix: 26-02-2020, 10:48


Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə bəyanat yayıb.
Bu barədə Türkiyə XİN-in rəsmi saytında qeyd olunub.
Bəyanatda Türkiyənin Xocalı soyqırımını və Azərbaycan torpaqlarının işğalını qınadığı açıqlanıb:
“Ermənistan tərəfindən 1992-ci il fevralın 26-da Azərbaycana məxsus Dağlıq Qarabağın Xocalı şəhərində baş verən hücumda 106 qadın, 63 uşaq, 70 yaşlı insan olmaqla, 613 günahsız şəxs qətlə yetirilib. 1000 nəfərdən çox insan Ermənistan qüvvələri tərəfindən əsir alınıb. İtkin düşən şəxslərin vəziyyəti bu günə qədər məlum deyil”.
Açıqlamada bu, insanlıqdan kənar hadisə olaraq qiymətləndirilib:
“Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyondan çox azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalıb, öz ölkələrində köçkün olaraq yaşamaqdadırlar. Hələ də Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Bu soyqırımını və Azərbaycan torpaqlarının illərdən bəri davam edən işğalını şiddətlə qınayırıq”.
“Azərbaycanlı qardaşlarımızın 28 il əvvəl Xocalıda məruz qaldıqları soyqırımının acısını dərindən paylaşırıq. Bu faciədə həyatını itirənlərə Allahdan rəhmət diləyir, bütün Azərbaycan xalqına bir daha başsağlığı veririk”, - deyə açıqlamada bildirilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR