Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

Pandemiya, Qarabağ düyününün açılması ilə formalaşan yeni nizam - “Kaspi”nin rakursundan

Pandemiya, Qarabağ düyününün açılması ilə formalaşan yeni nizam - “Kaspi”nin rakursundan

Tarix: 8-10-2022, 10:42

 

Qarabağ müharibəsində Azərbaycanın həlledici qələbəsi SSRİ-nin dağılmasından sonra qurulan nizam tərəzisindəki çəkiləri güc yolu ilə dəyişmə presedenti yaratdı. Qarabağ düyününün açılması Cənubi Qafqazın reallıqlarını dəyişdirə bildi və Çinlə Britaniya kimi gizli oyunçular da regiondakı maraqlarını gücləndirən alətlərə yiyələndilər. 

Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

1988-ci ildə illərdir qalaqlanan erməni hikkəsi Qarabağ münaqişəsini başlatdı və münaqişə sürətlə böyüyərək SSRİ-ni dağıdan müşküllər siyahısında özünəməxsus yer tutdu. Labirintli məntiq ardıcıllığında Qarabağ dərdi SSRİ-ni çökdürən faktorlardan biri olmaqla dünyanın postsovet dövrü üçün nizamlanmasına şərait yaratdı.

SSRİ-nin dağılmasından sonrakı qlobal intizam əks qütblərdə dayanan güclərin güc olmaq hərisliyini azaltmadı, onlar çəkisini artırmaq, rəqabətin hədsiz hüdudlarını formalaşdırmaq, nüvə silahları ilə yarışa girmək qabiliyyətlərini inkişaf etdirdilər.

Qərb siyasi sistemindəki ABŞ-Britaniya tandemi bir qütbdə, Rusiya digər qütbdə, Çin isə bu qütblərin arasında daha çox Moskva tərəfə əyilən mövqedə dayanırdı və özünün iqtisadi qüdrəti ilə dünyaya meydan oxudu.

Çin ağıllı çıxaraq ilk toxumu səpdi 

Bu cür nizamın dəyişdirilməsinə ehtiyac var idi, hər nə qədər qəribə səslənsə də, Çin ağıllı çıxaraq ilk toxumu səpdi, koronavirus pandemiyası ilə beynəlxalq münasibətlər sistemi zədələndi və Pekin ölüm saçan bu xəstəlikdən qazanclı nəticələrlə çıxdı.

Çində başlayan və dünyaya sıçrayan koronavirus pandemiyası ilə qlobal teatrda yeni düzən üçün həlledici mərhələnin təməli qoyuldu, Azərbaycan isə fürsəti fövtə vermədən gözlənilən beynəlxalq qarşıdurmalar ssenarisinin işə düşməsindən öncə Qarabağdakı işğala son qoyan Vətən müharibəsini başlatdı.

Diqqətlə baxa biləcəyimiz məqam budur ki, pandemiya tüğyan edərkən Azərbaycanın keçirdiyi hərbi əməliyyatların siyasi nəticələri də Bakıya həlledici maneə yaratmırdı, çünki ABŞ prezident seçkisi ərəfəsində idi, Rusiya isə Türkiyə ilə əməkdaşlıq modelini Cənubi Qafqaza proyeksiya etmişdi.

Britaniya da regionumuzda əsas oyunçulardan biridir

Qeyd etmək lazımdır ki, Böyük Britaniya Rusiya ilə əks qütbdə dayanmasına baxmayaraq, özünün prioritetlərini regiona münasibətdə Azərbaycan-Türkiyə birliyi ilə uyğunlaşdırırdı.
Pandemiya ilə Qarabağ müharibəsində Azərbaycanın həlledici qələbəsi sanki bir paralellik təşkil edirdi və SSRİ-nin dağılmasından sonra qurulan nizam tərəzisindəki çəkiləri hərbi güc yolu ilə dəyişdirən prosesin presedentini yaratdı.

Qarabağ düyününün açılması Cənubi Qafqazın geostrateji və iqtisadi reallıqlarını dəyişdirə bildi və Çinlə Britaniya kimi gizli oyunçular da regiondakı maraqlarını gücləndirən alətlərə yiyələnə bildilər.

Britaniya Cənubi Qafqazdakı reallıqlar zəncirini özünün “Qlobal Britaniya: 2030” prioritetləri ilə ayaqlaşdırır, Çin isə özünü reallaşması gözlənilən Zəngəzur dəhlizindən əldə edilə biləcək dividendlərin memarına çevirmək istəyir.

Cənubi Qafqazdakı gerçəkliklər toplusu başqa münaqişələrin donmuş vəziyyətdən çıxması üçün ideyaverici bir istiqamət qazandı və bu dəfə də postsovet məkanı üzərində yeni bulud topası cəmləşdi. İlk “leysan” Ukraynanın üstünə yağdı. Hadisələri Qarabağ mövzusu üzərində simvolizə etmək olar.

Pandemiya ilə başlayan, Qarabağla hərbi güc modeli üzərində presedent yaradan hadisələr zəncirinə hazırda Ukraynadakı müharibə fonunda da əlavə həlqələr taxılır.

Artıq sərhədlərə dair beynəlxalq təsəvvürlər ənənəvi baxış bucağından çıxaraq yerini dövlətlərin təhlükəsizlik dilemmasından qurtulması üçün fərqli ideyalara verir.

İran qısqanclığını təhlükəsizlik epitetləri ilə gizlədir

Ukraynadakı amansız müharibə Cənubi Qafqazda da maraq toqquşmasını şiddətləndirdiyindən Azərbaycan bir sıra təhlükəsizlik tədbirlərini görmək məcburiyyəti ilə üzləşir ki, perspektivdə təhdid qaynaqları olmasın.

Cənub qonşumuz İran isə təhlükəsizlik qayğılarını ehtiva edən yarlıqlarla öz qısqanclığını büruzə verir, çünki Tehran hesab edir ki, geosiyasi balansın dəyişməsi oxları ona qarşı yönləndirən istiqamətlər açacaq.

Qarabağ münaqişəsinin həll olunmasından sonra meydana çıxan təhlükəli tendensiyalar davamlı hal alacaq və postsovet coğrafiyası, mümkündür ki, yeni tektonik dəyişikliklərə şahidlik edəcək.

İran da hadisələrdən “nəsibini” alacaq, hərçənd ki, hadisələrin konkret olaraq hansı tonda səs salacağını dəqiq söyləmək çətindir.

Qlobal və regional təhdidlərin fonu daha da qaralmağa doğru getməkdədir, lakin Azərbaycan Türkiyə ilə birgə strateji müttəfiqlik əlaqələrini inkişaf etdirir, indi Bakı-Ankara ikitərəfli əlaqələri qarşılıqlı ehtiyacların təminində həlledici bir mərkəzə çevrilir.

Postsovet məkanındakı hadisələr bir-biri ilə zəncirvari bağlıdır və Qarabağ müşkülünün həllindən sonra Rusiya, Qərb və Çinin Mərkəzi Asiyada kəsişən maraqları şiddətlənir. 

Əgər Qərb Cənubi Qafqazda strateji ipləri ələ keçirə bilsə... 

Postsovet məkanında meydana çıxacaq hadisələr Azərbaycan-Ermənistan münasibətlərinin xarakteri ilə birbaşa və dolayı yolla bağlı olacaq. 

Əgər Qərb Cənubi Qafqazda strateji ipləri ələ keçirə bilsə, Rusiya SSRİ-dən miras qalan münaqişələri canlandıracaq, hərçənd ki, Moskvanın Cənubi Qafqazda uduzması o qədər də real görünmür.

Ukraynadakı müharibənin gedişatı və ya nəticələri regional və beynəlxalq əməkdaşlıq platformasındakı çatları dərinləşdirəcək. Azərbaycan çalışır ki, Qarabağ probleminin həllindən sonra yaranan risklər alovlanıb regional təhlükəsizlik oxunu yerindən tərpətməsin.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR