Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Bakı qəbiristanlığında fərari həyat yoldaşını bıçaqladı

Bakı qəbiristanlığında fərari həyat yoldaşını bıçaqladı

Tarix: 26-02-2020, 20:52

Bakı şəhəri Sabunçu rayonunun 13-cü Polis Bölməsinin əməkdaşları həyat yoldaşı Kristina Ələsgərovanı şikəst edən Bakıxanov qəsəbə sakini 38 yaşlı Ziya Ələsgərovu axtarmağa davam edir.
Bundan əvvəl Oxu.Az onun münaqişə zəminində 37 yaşlı K.Ələsgərovanı bıçaqladığı barədə məlumat yaymışdı.
Bununla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.
Oxu.Az-a hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, cinayət fevralın 25-də, saat 16:00 radələrində kənd qəbiristanlığı ərazisində törədilib. Əvvəllər hərbi hissəni icazəsiz tərk etməkdə və fərarilikdə ittiham olunan Z.Ələsgərov həyat yoldaşının sinəsinə, qarnına və üzünə bir neçə bıçaq zərbəsi vurduqdan sonra qaçıb gizlənib.
Ağır vəziyyətdə olan zərərçəkən 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.
Cinayətin motivi hələlik bəlli deyil.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR