Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Məktəblərdə tədris ilinin müddəti təsdiqləndi - QƏRAR

Məktəblərdə tədris ilinin müddəti təsdiqləndi - QƏRAR

Tarix: 27-02-2020, 09:22

Nazirlər Kabineti "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”ni təsdiqləyib.

Anews.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Bu qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Qərar 2020-ci il sentyabrın 15-dən qüvvəyə minir.

"Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” (bundan sonra – Sənəd) "Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13.10-cu maddəsinə əsasən hazırlanmışdır və ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında, habelə ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrində tədris ilinin müddətini müəyyən edir.

Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır.
Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris ili iki yarımilə bölünür:

birinci yarımil: 1 oktyabr – 26 yanvar
ikinci yarımil: 1 fevral – 31 may.

Ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır.
Ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə tədris ili iki yarımilə bölünür:
birinci yarımil: 15 sentyabr – 26 yanvar;
ikinci yarımil: 1 fevral – 14 iyun.
Tədris ili ərzində aşağıdakı tətillər müəyyən olunur:
payız tətili: 16-20 noyabr (5 gün);
qış tətili: 27-31 yanvar (5 gün);

3 məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün əlavə tətil: 1-5 may (5 gün).
Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının (kurikulumlar) tədrisi üçün ümumi təhsil müəssisəsi tərəfindən bu sənədlə müəyyən olunmuş tədris ili müddətindən fərqli müddətlər müəyyən edilə bilər.
Fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR