Son Xəbər: Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT, Pulsuz ictimai nəqliyyat xidməti bu tarixdə başa çatır,

Ekspertdən növbəti devalvasiya anonsu: “QAÇILMAZDIR…”

Ekspertdən növbəti devalvasiya anonsu: “QAÇILMAZDIR…”

Tarix: 27-02-2020, 10:51

 İqtisadçı ekspert Qubad İbadoğlu manatın devalvasiyasının qaçılmaz olduğunu bildirib.

Sfera.az xəbər verir ki, Qubad İbadoğlunun sözlərinə görə, hazırda manata təzyiqlər artıb. Ekspert bunu aşağıdakı trendlərlə müəyyənləşdirib:
1. Ötən il xarici ticarət dövriyyəsinin müsbət saldosu və tədiyə balansının cari hesabının profisiti əvvəlki illə müqayisədə azalıb. Belə ki, 2019-cu ildə 2018-ci illə müqayisədə xarici ticarət balansının müsbət saldosu 2 mlrd. Dollardan çox azalıb. Cari ildə də həmin tendensiya davam edir. İxrac gəlirləri azalır, idxal xərcləri artır.

2. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il büdcəsinin gəlirləri 7285 mln. dollar proqnozlaşdırılıb ki, bu da 2018-ci ilin müvafiq icra göstəricisindən 29,7 faiz, 2019-cu gözlənilən icra göstəricisindən 30,9 faiz azdır. Bununla yanaşı bu il üçün ARDNF-nin aktivlərinin azalması proqnozlaşdırılb, hazırda səhm bazarında və valyuta bazarındakı proseslər azalmanın proqnozlaşdırılandan da çox olacağını deməyə əsaslar yaradıb.
3. 2020-ci ildə Azəri-Çıraq-Günəşli yatağında xam neft hasilatının 186,7 milyon barel olması proqnozlaşdırılır ki, bu da 2019-cu ilin göstəricisinə nisbətən 10,4 milyon barel və ya 5,3 faiz az olacaq. Koronavirusun təsirlərindən dünya bazarlarında neftin qiymətlərinin ucuzlaşmasını da nəzərə alsaq valyuta gəlirləri azalır.

4. Mərkəzi Bank rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması qaydalarında etdiyi son dəyişikliyə görə, sahibkarlar idxal müqavilələri üzrə avans ödənişləri müqabilində 730 gün müddətində (əvvəlki müddət 270 gün idi) malların ölkəyə gətirilməsini və ya qabaqcadan ödənilmiş vəsaitin xaricdən geri qaytarılmasını təmin etməlidirlər. Nəzərə alsaq ki, kapitalın ölkədən qaçışının əsas formalarından biri də ticarət kreditlər və avanslarıdır. Bu kapitalın ölkədən qaçmasını sürətləndirəcək.

5. Ölkəyə xarici sərmayələr azalır. 2017-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar $5,7 mlrd, 2018-ci ildə $4,1 mlrd təşkil edib. 2019-cu ilin 9 aylıq yekunlarına görə birbaşa xarici investisiyalar 2,76 mlrd. dollar olub”, -deyə iqtisadçı ekspert əlavə edib.
Onun sözlərinə görə, bütün bunlar Azərbaycan manatını ciddi şəkildə təsirləndirəcək. "Əgər dünya bazarında neftin qiymətinin ucuzlaşması davamlı xarakter alarsa və uzun müddət çəkərsə, eyni zamanda Koronavirusun yayılması səbəbindən Azərbaycanla Rusiya, İran və Türkiyə arasında ticarət münasibələri pisləşərsə, o halda manatın devalvasiyası qaçılmaz olacaq. Bununla yanaşı Azərbaycanın başlıca ticarət tərəfdaşlarının milli valyutasının dəyərsizləşməsi manata təzyiqi daha da artıracaq”, – deyə o vurğulayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR