Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

AKP sözçüsü: “Türkiyə bu terror dövlətini darmadağın etdi”

AKP sözçüsü: “Türkiyə bu terror dövlətini darmadağın etdi”

Tarix: 27-02-2020, 14:35

30 kilometr dərinlik “Fərat qalxanı”, “Zeytun budağı” və “Sülh Çeşməsi” əməliyyatları, eləcə də sərhədimizdə terror dövlətinin qurulmasının qarşısını almaq üçün zərurət idi. Bu terror dövləti darmadağın edilib.
“Haber7”nin məlumatına görə, bu sözləri AKP sözçüsü Ömer Çelik deyib.
“PYD terror qruplaşması bir-birinə zidd qüvvələrlə də, Suriya ordusu ilə də əlaqə qurmağa çalışaraq məqsədinə çatmağa çalışır. Hər kəsin istifadəsinə açıq bir təşkilatdır. Bu mübarizəni sərhədin o tayında aparmasaq, sərhədlərimizin daxilində aparmağa məcbur qalacağıq.
Bütün hazırlıqlar tamamlanıb. Suriya ordusunun öz xəttinə geri çəkilmə müddəti başa çatan kimi Türkiyə Silahlı Qüvvələri üzərinə düşən vəzifəni yerinə yetirəcək.
Suriya hökumətinin burada süni vəziyyət yaradıb, daha sonra “buradan geri çəkilməyəcəm, bu, mənim təhlükəsizliyim üçün təhlükəlidir” - deməsi Türkiyə üçün qəbuledilməzdir. Bunu Rusiya da qəbul etməməlidir. Çünki Soçi razılaşmalarına ziddir. Şübhəsiz ki, hərəkətə keçmək üçün Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə bir araya gəlməsi dönüş nöqtəsi olacaq”, - deyə Çelik bildirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR