Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Məktəb və universitetlər müvəqqəti bağlanacaq? - RƏSMİ AÇIQLAMA

Məktəb və universitetlər müvəqqəti bağlanacaq? - RƏSMİ AÇIQLAMA

Tarix: 28-02-2020, 12:10

Koronavirusa yoluxma şübhəsi ilə nəzarətə götürülən insanların sayı çoxaldıqca,  cəmiyyətdə narahatlıq biraz da artır. Daha çox övladları üçün narahat olan valideynlər məktəblərin bağlanmasının zəruri olduğunu hesab edirlər. Onsuz da ictimai məkan olduğu üçün məktəb şagirdləri tez-tez qrip virusuna yoluxurlar.  
Redaktor.az xəbər verir ki, koronavirusla bağlı daha bir narahatedici xəbər isə Bakı Dövlət Universitetindən yayılıb. Məlumata görə, Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi yüksək hərarəti olduğuna görə evə göndərilib. Müəllim və tələbələr təşvişə düşüb.
Belə olan halda məktəb və universitetlər müvəqqəti bağlanmalıdırmı?
Təhsil Nazirliyindən verilən məlumata görə, məktəblər yalnız Nazirlər Kabinetinin verdiyi qərar əsasında bağlana bilər:
“Nazirlər Kabinetinin 24.02.2020-ci il tarixli 66 nömrəli Qərarına görə, fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı əsasında həyata keçirilir”




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR