Son Xəbər: Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT, Pulsuz ictimai nəqliyyat xidməti bu tarixdə başa çatır,

Milli Məclisin yeni rəhbərliyində kimlər olacaq? - Yola salınanlar bəllidir

Milli Məclisin yeni rəhbərliyində kimlər olacaq? - Yola salınanlar bəllidir

Tarix: 28-02-2020, 13:07


Xəbər verildiyi kimi, artıq dünəndən etibarən Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə (MM) seçkilərin ümumi yekunlarına dair protokolun təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib.

Etikxeber.az-ın xəbərinə görə, Konstitusiya Məhkəməsi öz növbəsində 10 gün ərzində seçkilərin yekunları (nəticələri) ilə bağlı qərarını verəcək, yəni, MSK-nın seçkilərin yekunlarına dair protoklounu təsdiqləyəcək.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin də MSK-dan fərqli qərar verməyəcəyi, adları MSK-nın siyahısında yer alan 121 lider namizədin qələbəsinin tanınması gözlənilir, əgər qeyri-adi nəsə baş verməsə.

Konstitusiya Məhkəməsinin yekun qərarından dərhal sonra 6-cı çağırış MM-in ilk-yaz sessiyasının açılışı və ilk plenar iclası keçiriləcək.

Sessiyanın ilk iclasında yeni-köhnə parlamentariləriə yanaşı, hökumət və dövlər rəsmilərinin, o cümlədən, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin işirirakı və çıxışı istisna olunmur.

Sessiyanın ilk iclasında parlamentin yeni rəhbərliyi-rəyasəti, komitələrin, Hesablayıcı və İntizam komissiyaların rəhbərliyi və üzvlər seçiləcəki, eləcə də, MM-in parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yeni tərkibi təsdiqlənəcək.

Yeni tərkibli parlamentin rəhbərliyində, rəhbər qurumlarında ən azı bir neçə yeni simanın olacağı gözlənilir.

Belə ki, MM sədrinin iki müavini-YAP İdarə Heyətinin üzvü Bahar Muradova və bitərəflərin təmsilçisi Valeh Ələsgərov 6-cı çağırış seçkilərə qatılmayıblar.

Qeyd edək ki, onlar həm də MM-in İnsan hüquqları və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinə rəhbərlik ediblər.

Bu baxımdan, həmin postlara yeni simaların seçiləcəyi nəzərdə tutulur.

Bununla yanaşı, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə və digər YAP-çı Ağacan Abiyev seçkilərdə iştirak etmədiklərinə görə, onların da rəhbərlik etdiyi Regional məsələlər komitəsinə və İntizam Komissiyasına yeni sədr seçiləcək.

Eyni zamanda, 6 dəfə millət vəkili olmuş YAP Siyasi Şurasının üzvü, professor Hadi Rəcəblinin rəhbərlik etdiyi Əmək və sosial siyasət komitəsinə yeni sədrin və müavinin seçiləcəyi gözlənilir.

Sədr vəzifəsinə onun müavininin və ya keçmiş müavinin seçiləcəyi daha çox ehtimal olunur.

Həmçinin, komitələrdən daha ikisinin rəhbərliyində dəyişikliyin edilməsi istisna olunmur…

MM-in yeni rəhbərliyi (spiker, birinci vitse-spiker və vitse-spikerlər), o cümlədən, komitələrin təzə rəhbərliyi ilə bağlı son-yekun qərar isə ölkənin ali rəhbərliyi və YAP İdarə Heyəti tərəfindən veriləcək.

Bəzi məlumatlara görə, spiker və birinci-vitse-spiker məsələsində başqa qərarın verilməyəcəyi gözlənilir, yəni, bu dəfə də Oqtay Əsədovla Ziyafət Əsgərov öz postlarında qalacaqlar.

Bununla belə, digər versiyalar da (digər adlar çəkilsə də) var ki, onlar hələ ki, versiya olaraq qalır.

Digər iki vitse-spikerə gəldikdə, onlarla bağlı hələlik yekun qərarın olmadığı qeyd edilir.

MM-in ilk iclasına gəlincə, onun gələn ayın, martın 3-6-sı arasında keçiriləcəyi qeyd olunur.

İlk iclasa isə ən yaşlı deputat kimi, 82 yaşlı Fəttah Heydərovun sədrlik edəcəyi gözlənilir.

Onu da xatırladaq ki, son seçkilərə 5-ci çağırış MM-in 84 üzvü qatılsa da, onlardan biri (Hacı Salayev) namizədliyini geri götürüb, biri (Fərəc Quliyev) seçkini uduzub, 4-ünün isə Dairəsində seçkilərin nəticələri ləğv olunub və beləliklə, 78 deputat seçkilərin lider-qalib namizədi elan edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR