Son Xəbər: Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT, Pulsuz ictimai nəqliyyat xidməti bu tarixdə başa çatır,

“Mitinqdə bir virus daşıyıcısı minlərlə insanı yoluxdura bilər” - Deputat kütləvi tədbirlərə qarşı

“Mitinqdə bir virus daşıyıcısı minlərlə insanı yoluxdura bilər” - Deputat kütləvi tədbirlərə qarşı

Tarix: 28-02-2020, 13:25

Mediabiz.AZ modern.az-a istinadən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Əli Kərimlinin martın 2-də mitinq keçirmək barədə qərarına münasibətiniz necədir?

- Son günlər dünyada koronovirusun geniş yayılması müşahidə olunur. Xüsusilə qonşu İranda bu virusun yayılması xalqımız tərəfindən böyük narahatlıqla qarşılanmaqdadır. Təsadüfi deyil ki, Dünya Sıhiyyə Təşkilatı istisnasız olaraq bütün dövlətləri xəbardarlıq edib ki, virusun yayılmasının qarşısını almaq üçün ciddi profilaktik tədbirlər görsünlər. Artıq bir çox ölkələrdə kütləvi idman tədbirləri qadağan olunub.Təxirə salınması mümkün olmayan yarışlar idman meydançalarında tamaşaçısız keçirilir. Cümə namazının məscidlərdə qılınması, hətta dindarların islamın müqəddəs yerlərinə ziyarəti qadağan olunub. Belə bir vaxtda yalnız düşmən ermənilər Azərbaycanda mitinq keçirilməsini arzulaya bilər. Onların da ağıllıları bunu arzulamaz, çünki qonşu ölkəyik və virus ora da sıçraya bilər.

Bildiyimiz kimi Əli Kərimli 19 oktyabrda başından zərbə almışdı və dediyinə görə polisin “vanna otağında” böyük stress yaşayıb. Zərbəni necə və harada alması başqa söhbətin mövzusudur. Amma görünəm odur ki, bu mitinqin təyin olunması ya həmin zərbənin nəticəsidir, ya da yeni sifarişdir. Çünki bu adamlar neçə gündür hökumətə qarşı sərt təbliğat kompaniyası aparırlar ki, niyə sərhədlər bağlanmır, məktəblərdə dərslər dayandırılmır, niyə apteklərdə kifayət qədər qoruyucu maskalar yoxdur və s. Bütün bunlar, o cümlədən onun AXC-nin son yadigarı olan Gözəlini itirib şizofrenniki müttəfiq seçməsi də göstərir ki, bu adam artıq tam mənada ciddiliyini və məsuliyyət hissini itirib. Bunun sifariş olma ehtimalını onunla əsaslandırmaq olar ki, seçkilər zamanı mafioz qüvvələr tərəfindən seçkinin üzərinə kölgə salmaq məqsədilə çoxlu təxribatçı namizədlər irəli sürülmüş və yaxşı maliyyələşdirilmişdilər. Onlar hətta çoxlu sayda seçki komissiyalarının üzvlərini də ələ almışdılar ki, pozuntu yaradıb sonra da aşkarlamağa yardım etsinlər. Bu pozucu fəaliyyətə bəzi icra nümayəndələri də cəlb olunmuşdu. Bunu müəyyən videogörüntülərə baxdıqda asanlıqla müşahidə etmək olar. Ona görə də bu faktların araşdırılacağından narahat olduqları üçün mitinq sifarişi verilə bilərlər. Bu nadürüst yaramazlar, inanın ki, siyasi məqsədləri naminə virusun ölkəmizdə yayılmasında da maraqlı ola bilərlər. Ona görə də ölkədə kütləvi tədbirlər qadağan olunmalıdır. Mitinqdə bir virus daşıyıcısı minlərlə insanı yoluxdura bilər. İnsanlar müəyyən şüarlar səsləndirərkən ağız suyu damcıları metrlərlə məsafəyə yayılır.

- Qüdrət bəy, hökumətin virusla mübarizə məqsədilə atdığı profilaktik addımlar yetərlidirmi?

- Hazırda FHN və SN gərəkli addımları atmaqdadır. Düşünürəm, bütün dövlət orqanları öz vəzifələrinin öhdəsindən lazımınca gələcək. Ən başlıcası şayiələr yayıb qorxu mühiti yaradılmasına və insanların stres keçirməsinə imkan vermək olmaz. Stres immuniteti aşağı saldığı üçün insanların xəstəliklərə yoluxma ehtimalını da kəskin artırır. Ona görə də gigienik qaydalara ciddi əməl olunmalı, kənar şəxslərlə ehtiyac olmadığı təqdirdə təmaslardan qaçmaq, xarici səfərlərdən imtina etmək lazımdır. KİV isə insanları maarifləndirməkdə davam etməlidir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR