Son Xəbər: Mənzil Məcəlləsində dəyişiklik: İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır, Azərbaycanda növbəti tədris ilindən tibbdə süni intellekt kursları təşkil olunacaq, UEFA Çempionlar Liqasında iştirak edəcək bütün komandalar məlum olub, Sahibə Qafarova Belqradda Serbiya Milli Assambleyasının sədri ilə görüşüb, Ağdaşda maşın ağaca çırpılıb, 1 nəfər ölüb, Ukrayna ordusuna aid dronun Donetskdə avtobusa düşməsi nəticəsində yeddi nəfər ölüb, Əli Əsədov və Denis Şmiqal Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə ediblər, Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji müttəfiqlik münasibətlərini müzakirə ediblər, Şahin Bağırov Xankəndidə vətəndaşları qəbul edəcək, Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur,

Həbs edilən icra başçısı Qarabağ atları saxlayırmış - YENİ FAKTLAR

Həbs edilən icra başçısı Qarabağ atları saxlayırmış - YENİ FAKTLAR

Tarix: 29-02-2020, 13:26


Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşları tərəfindən rüşvət faktı ilə həbs edilən Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev haqda yeni məlumatlar yayılıb.
İ.Vəliyev hind və Qarabağ atları da saxlayırmış. Bildirilir ki, İ.Vəliyev hind atları, o cümlədən xüsusi olaraq 4 cins Qarabağ atını Neftçalaya gətirdibmiş.


İddialara görə, sabiq başçı at həvəskarı olub və cins heyvanlar gətirdib. Onları bir xanım bəsləyirmiş. Lakin Neftçalanın keçmiş şefinin tutulmasından sonra həm hind, həm Qarabağ atları başqasına verilib ki, saxlanılsın.

İ.Vəliyevin atların alınmasına və bəslənməsinə yaxşı pul xərclədiyi xəbər verilir. Keçmiş İH rəhbərinin eşşək fermasının olduğu, rayonun Xol kəndi ərazisində yerləşdiyi barədə də mediada xəbərlər tirajlanıb. Eşşək ferması Xol kəndi ərazisindədir. Onun 60 baş eşşəyi var imiş və yalnız südü satılırmış. Eşşəklər həm Neftçala, həm də digər rayonlardan alınıb.

Ümumiyyətlə, İ.Vəliyev bu rayonda böyük biznes şəbəkəsi qurubmuş. Hətta Neftçaladan Bakıya işləyən mikroavtobuslardan da xərac yığırmış. Mikroavtobusların sürücülərindən hər sərnişinə görə 1 manat alınırmış. Bütün pullar da başçıya gedirmiş. Əvvəllər həmin avtobuslar rayon avtovağzalından hərəkət edirdilər. Sonra icra başçısı özünə bazar tikdirib və marşrutları orada dayanmağa məcbur edib.

Rayondakı “Yurdum” restoranı da Vəliyevə məxsusdur. Bundan əlavə, rayon sakinlərinə məxsus 1000 hektarlarla torpaq sahələrini özəlləşdirib. Həmin ərazilərdə müxtəlif növ taxıl bitkiləri əkilir. Rayonun Qaramanlı kəndində SSRİ-dən qalan MMKR avtomobil zavodunu da Vəliyev özəlləşdirib.

Rayona xeyli sayda ağır texnikalar, yük maşınları, təsərrüfat sahələrində istifadə olunan traktorlar gətirərək, onları icarəyə verib. Hətta balıq ovlamaq üçün qayıqlar, su motorları və bu sahəyə aid müxtəlif avadanlıqları alaraq icarəyə verib.

Xatırladaq ki, Səbayel Rayon Məhkəməsində Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon mərkəzi xəstəxanasının baş həkimi Telman Zahidov, rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
(Yeni Müsavat)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR