Son Xəbər: Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq, Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib, İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib, İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib, Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib, Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar, Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib, Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib, İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz, Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ,

Bakıda satıcı mağazadan 15 min manatlıq geyim oğurlayıb

Bakıda satıcı mağazadan 15 min manatlıq geyim oğurlayıb

Tarix: 29-02-2020, 13:27

Paytaxtın Nəsimi rayonunda brend geyim əşyalarının satıldığı mağazalardan birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Nəsimi Rayon Polis İdarəsinə müraciət edən mağaza direktoru 2019-cu ilin iyun-avqust ayları ərzində obyektdən ümumi dəyəri 15 min manat olan 30 ədəd geyim əşyasının gizli yolla talandığı barədə məlumat verib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, geyim əşyaları mağazanın satış təmsilçisi Çingiz Rəhimov tərəfindən müxtəlif vaxtlarda dəyərindən ucuz qiymətə satılıb. O, malları satandan sonra əldə etdiyi pul vəsaitlərini isə kassaya daxil etməyərək mənimsəyib. Nəsimi RPİ-nin əməkdaşları tərəfindən həmin şəxs saxlanılaraq istintaqa təqdim edilib. Ç. Rəhimov ifadəsində mağaza rəhbərliyi ötən yay istirahətdə olan zaman bu üsulla obyektdən oğurluq etdiyini etiraf edib. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR