Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

İdlibdə şəhidlərin sayı 36-ya çatdı - Ərdoğan danışdı

İdlibdə şəhidlərin sayı 36-ya çatdı - Ərdoğan danışdı

Tarix: 29-02-2020, 14:21

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İdlibdə Türkiyə ordusunun şəhidlərinin sayı 36-ya çatıb.

 Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə hakimiyyətinin məqsədi şəhid vermədiyi günlərə çatmaqdır.

Prezidenti rusiyalı həmkarı Vladimir Putinlə son danışığını xatırladaraq deyib ki, əgər Rusiyanın Suriyada hərbi baza qurmaq niyyəti varsa, bunun üçün Türkiyənin önünü kəsməməlidir: "Çəkilin, dedim, Suriya rejimi ilə təkbətək mübarizə aparaq. Suriya məsələsi Türkiyə üçün əsla bir macəra deyil, Türkiyənin Suriyada olmasından narahat olanlara təəssüf edirəm. Ölkəmizi terror dəhlizi ilə mühasirəyə almağa qalxanlara qarşı mübarizə aparırıq. 4 milyon insan sərhədlərimizə doğru hərəkət edir. Hazırda 1,5 milyon sərhədimizdədir".

Ərdoğan onu da deyib ki, əgər bu gün Türkiyə mübarizəsini davam etdirməsə, sabah Hatay, Şırnak, Şanlı Urfa və Gaziantepdə də şəhid verəcək: "Biz Türkiyə hakimiyyəti ilə mübarizəyə qərarlıyıq".APA




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR