Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

İranda qalan azərbaycanlılarla bağlı RƏSMİ AÇIQLAMA

İranda qalan azərbaycanlılarla bağlı RƏSMİ AÇIQLAMA

Tarix: 29-02-2020, 18:18

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən verilmiş məlumata əsasən, cari ilin 29 fevral tarixində saat 16:00-dan etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədləri məhdudlaşdırıcı rejim əsasında bağlanıb.
 
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Pravda.az-a verilən xəbərə görə, bu xüsusda, iki ölkənin aidiyyəti dövlət qurumları arasında müvafiq müzakirələr aparılıb və əlaqələndirilmiş şəkildə Azərbaycan ərazisində olan İran vətəndaşlarının ölkədən çıxması, İran ərazisində olan Azərbaycan vətəndaşlarının müvafiq rejim tətbiq olunmaqla ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq.
 
İran İslam Respublikasında olan vətəndaşlarımızın Azərbaycana geri qayıtmasını təmin etmək üçün Azərbaycan Respublikasının Tehrandakı Səfirliyində və Təbrizdəki Baş Konsulluğunda qaynar xətlər fəaliyyət göstərir. Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızın bu qaynar xətlər vasitəsilə diplomatik nümayəndəliklərimizlə əlaqə saxlamaları xahiş olunur.
 
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi:
 
Ünvan: Tehran şəhəri, Neyistan 3, Rastovan küç., 16.
 
Telefon: (+98 910) 559 56 10; (+9821) 22 55 82 99; (+9821) 22 55 42 55.
 
Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu:
 
Ünvan: Təbriz səhəri, Vəliəsr, Arif küç., 9
 
Telefon: (+98 902) 095 13 83; (+98413) 333 48 02/04.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR