Son Xəbər: Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq, Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib, Prezident Milix Yevdayevi təltif etdi, Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq, Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb, Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub, Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb, Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq, Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb, Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq,

I siniflərə şagird qəbulu üçün məktəb seçiminin tarixləri açıqlandı

I siniflərə şagird qəbulu üçün məktəb seçiminin tarixləri açıqlandı

Tarix: 2-03-2020, 11:51

“2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu həyata keçiriləcək. Sistemdə onlayn qeydiyyat martın 10-dan aktivləşdiriləcək”.
Oxu.Az-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva bildirib.
Onun sözlərinə görə, məktəb seçimi isə 13 martdan 15 sentyabra kimi həyata keçiriləcək: 
“2020-2021-ci tədris ili üçün ümumtəhsil məktəbləri, lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçiriləcək (Bakı Avropa Liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbləri istisna olmaqla)”.
İ.Abdullayeva deyib ki, şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələr aprelin 1-dən başlayaraq təşkil olunacaq:
“Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün həmin məktəbin I sinfinə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir. Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün sistemdə avtomatik sorğu yerləşdirildikdən sonra valideyn 10 martdan 13 mart 2020-ci ilədək şəxsi kabinetdən ərizəni çap edib, məktəbə təqdim etməlidir”.
I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə Alternativ qeydiyyat mərkəzləri də fəaliyyət göstərəcək. 
Qeydiyyat zamanı hər hansı çətinliklə qarşılaşan, Alternativ qeydiyyat mərkəzində övladının qeydiyyatı mümkün olmayan valideynlər aprelin 1-dən həftənin III və V günləri Apellyasiya Komissiyalarına müraciət edə bilərlər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR