Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Prezident Ramin Quluzadəni sədr təyin etdi

Prezident Ramin Quluzadəni sədr təyin etdi

Tarix: 2-03-2020, 19:39

Azərbaycan və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiqənib.

Unikal.org xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi aşağıdakı kimi formalaşdırılıb:
“Komissiyanın həmsədri
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası Maliyyə nazirinin müavini
Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası Təhsil nazirinin müavini
Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini
Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti
Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Misir Ərəb Respublikası tərəfinə bildiriş göndərməsi tapşırılıb.
Qeyd edək ki, Azərbaycan və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən Komissiyanın həmsədri Azərbaycanın keçmiş iqtisadiyyat naziri Şahin Mustafayev idi.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR