Son Xəbər: Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib,

Bahar Qalxanı Əməliyyatı çərçivəsində 2557 rejim ünsürü zərərsizləşdirilib — Türkiyənin Müdafiə Naziri

Bahar Qalxanı Əməliyyatı çərçivəsində 2557 rejim ünsürü zərərsizləşdirilib — Türkiyənin Müdafiə Naziri

Tarix: 2-03-2020, 21:09


Türkiyənin Müdafiə naziri Hulusi Akar, Bahar Qalxanı əməliyyatı çərçivəsində bu günə qədər 2 döyüş təyyarəsi, 2 PUA, 8 helikopter, 135 tank, 5 hava hücumundan müdafiə sistemi və 2557 rejim ünsürünün zərərsizləşdirildiyini bildirib.
"Ölkә.Az" bildirir ki, Müdafiə naziri Bahar Qalxanı əməliyyatının planlaşdırıldığı şəkildə müvəffəqiyyətlə davam etdirildiyini, Türk Silahlı Qüvvələri tərəfindən bütün hücumlara misliylə şiddətli və sarsılmaz bir şəkildə cavab verildiyini qeyd edib.
Hulusi Akar “Ölkəmizin və nəcib millətimizin suverenliyi və müstəqilliyi uğrunda canlarını fəda edən bütün şəhidlərimizi və qəhrəman qazilərimizi hörmətlə yad edir, həyatda olan qazilərimizə, şəhid və qazilərimizin dəyərli ailələrinə, nəcib və vəfalı millətimizə hörmət və minnətdarlığımı bildirirəm. İdlib başda olmaqla quruda, dənizdə və havada, ölkə daxilində və sərhədlərindən kənarda çətin hava və ərazi şəraitlərində nəcib millətimizin sevgisi, inamı və dualarından aldığı ilhamla vəzifələrini qəhrəmanlıq və fədakarlıqla yerinə yetirən qəhrəman silahdaşlarımıza can sağlığı, qəzasız, bəlasız, xeyirli və uğurlu vəzifələr diləyirik.” - deyə bildirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR