Son Xəbər: C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq,

Türkiyə üçtərəfli zirvə görüşündən imtina etdi: Ərdoğan bu liderlə eyni masada oturmaq istəmədi

Türkiyə üçtərəfli zirvə görüşündən imtina etdi: Ərdoğan bu liderlə eyni masada oturmaq istəmədi

Tarix: 3-03-2020, 12:48

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sofiya şəhərində Yunanıstan liderinin də iştirakı ilə planlaşdırılan üçtərəfli zirvə görüşündə iştirak etməkdən imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə Haberler.com məlumat yayıb.

Ərdoğanın zirvə görüşündən imtina etməsinə səbəb Yunanıstanın sərhəddə qaçqınlara qarşı nümayiş etdirdiyi sərt mövqe olub.

Bolqarıstanın Baş naziri Boyko Borisov Sofiya şəhərində cümə günü Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin iştirakı ilə üçtərəfli zirvə görüşünün keçirilməsinin planlaşdırıldığını, lakin sərhəddə yunan əsgərlərin vurduğu iki qaçqının həyatını itirməsi səbəbindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Miçotakislə eyni masa arxasında oturmaq arzusunda olmadığını qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR