Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Bakıda sarımsaq ətdən baha satılır

Bakıda sarımsaq ətdən baha satılır

Tarix: 4-03-2020, 11:08

Azərbaycanda sarımsağın qiyməti ətdən bahadır.

"MediaPost” xəbər verir ki, Bakıda mağazalarda sasrımsağın qiyməti bir qədər də bahalaşıb. Belə ki, bir müddət əvvəl 8 manatadək bahalaşan sarımsaq yenidən "sürət” yığıb.

Hazırda sarımsağın paytaxt dükanlarında 15 manata satıldığı bildirilir.

Məlumat üçün bildirək ki, Bakıda mal ətinin 1 kiloqramı 10-11 manat, qoyun ətinin 1 kiloqramı isə 13-14 manata təklif olunur.

Xatırladaq ki, Azərbaycanda sarımsağın qiymətinin bahalaşması Çində koronavirus epidemiyasının yayılmasından sonra başlayıb. Belə ki, həmin dövr ərzində azərbaycanlı fermerlər Rusiyanın Çindən aldığı sarımsağı Azərbaycanda əkilən sarımsaqla əvəz etməyə çalışırlar. Hətta digər illərlə müqayisədə son dövr ərzində ölkəmizdə sarımsaq istehsalı maksimum həddə çatıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR