Son Xəbər: Ceyhun Bayramov NATO rəsmisi ilə enerji təhlükəsizliyi və regional prosesləri müzakirə edib, İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər, İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib, İshaq Dar: Şahbaz Şərif Antalyada Ərdoğanla səmərəli danışıqlar aparıb, Başlıbel qətliamından 33 il ötür, Yol polisi əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib, Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşir, Qalibaf Trampı 7 yalan danışmaqda ittiham etdi, Mambetaliyev: Azərbaycan VI Ümumdünya Köçəri Oyunlarında iştirak edəcək, Buraxılış imtahanında üç nəfər maksimum nəticə əldə edib,

Mərkəzi Bankdan koronavirus açıqlaması: "Pullar dezinfeksiya edilir"

Mərkəzi Bankdan koronavirus açıqlaması: "Pullar dezinfeksiya edilir"

Tarix: 4-03-2020, 12:25

Hazırda bütün dünyanı narahat edən virus epidemiyasının yayılmasına əldən-ələ dolaşan nağd pulun da təsiri var. Buna görə də pulların təmizlənməsi prosesi gündəmdədir. Dünyada  virus epidemiyasının yayıldığı dövrdə mikrob və bakteriyalardan xilas olmaq üçün bəzi ölkələrdə nağd pulların ultrabənövşəyi şüalarla təmizlənməsinə başlanılıb.

Koronavirus (COVID-19) təhlükəsinə görə zərurət yaranacağı halda Mərkəzi Bankda da bu təmizlik işlərinin aparılması üçün şərait və avadanlıqlar varmı?
Yeniavaz.com xəbər verir ki, mövzu ilə bağlı Modern.az-ın sorğusunu cavablandıran qurumun mətbuat xidmətinin rəhbəri Namiq Əliyev bildirib ki, Mərkəzi Bank beynəlxalq təcrübəni də nəzərə almaqla milli pul nişanlarının istehsalını insan sağlamlığına zərərli olmayan materiallardan istifadə olunmaqla həyata keçirir:

"Bununla yanaşı, pul nişanları tədavülə buraxıldıqdan sonra onların dövriyyədə keyfiyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə Mərkəzi Bank tərəfindən tədavüldə təmiz pul siyasəti qəbul edilir. Bu siyasət çərçivəsində Mərkəzi Bank dövriyyədə köhnəlmiş, çirklənmiş və yararsız hala düşmüş pul nişanlarının kommersiya bankları və əhali ilə yaradılmış birbaşa kanallar vasitəsilə yığaraq tədavüldən çıxarılmasını, müvafiq Dövlət Komissiyasının iştirakı ilə məhv edilməsini həyata keçirir.

Təkrar dövriyyəyə buraxılan pul nişanları isə Mərkəzi Bankda istifadə olunan və beynəlxalq təcrübədə ən son texnoloji standartlara cavab verən avtomatlaşdırılmış banknot emalı avadanlıqlarında yüksək təzyiqli hava axınları vasitəsilə xüsusi infraqırmızı və ultrabənövşəyi şüalandırmadan keçməklə yüksək temperatur rejiminə malik qablaşdırma sistemlərində müxtəlif toz və çirklərdən sterilizasiya olunaraq qablaşdırılır. Qablaşdırılmış pullar isə Mərkəzi Bankın xüsusi rejimli xəzinə saxlanclarında saxlanılır”.

N.Əliyevin sözlərinə görə, bu xəzinələr müasir temperatur və rütubət tənzimləyən sistemlərlə təchiz edilib:

"Sanitar epidemik normalara uyğun dövri olaraq dezinfeksiya olunur. Bununla yanaşı, dövriyyədə olan pul nişanlarının təmizliyinin və yüksək keyfiyyətinin təmin edilməsi üçün Mərkəzi Bank tərəfindən kommersiya banklarına daim xüsusi göstərişlər verilir, dövriyyəyə yalnız Mərkəzi Bankın müvafiq avadanlıqlarında emal olunmuş pulların buraxılması tapşırılır və eləcə də əhali üçün maarifləndirici tədbirlər həyata keçirilir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR