Son Xəbər: C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq,

Prezidentdən daha bir nümunə: Gənc icra başçısından özündən böyüyə yer verməsini istədi - VİDEO

Prezidentdən daha bir nümunə: Gənc icra başçısından özündən böyüyə yer verməsini istədi - VİDEO

Tarix: 5-03-2020, 21:24

Prezident İlham Əliyevin yeni təyin olunan icra başçılarını qəbul edərkən yaşca böyüyə hörmət məsələsini gündəmə gətirməsi diqqət çəkib.

Mediabiz.az AzTV-yə istinadən bildirir ki, İlham Əliyev Neftçalaya icra başçısı təyin olunan 30 yaşlı Mirhəsən Seyidovdan özündən yaşca böyük olan Nahid Bağırova yer verməsini istəyib. Qeyd edək ki, N.Bağırov Prezidentin Sərəncamı ilə İsmayıllıya icra başçısı təyin olunub. Onun 40 yaşı var.
Bu fakt bir daha göstərir ki, xalqımıza xas mənəvi keyfiyyətlərin qorunması hər kəs üçün vacib missisya olmalıdır. Prezident İlham Əliyevin bu dəyəri gündəmə gətirməsi və daim diqqətdə saxlaması özündə bir çox amilləri ehtiva edir: ənənəvi dəyərlərə sadiqlik, böyüyə hörmət və sadəlik.
Ölkə başçısı bütün tədbirlərdə, keçirdiyi görüşlərdə böyüklərə, ağbirçəklərə bəslədiyi hörmətlə daim nümunə göstərib. Prezidentin istər şəhid ailələri ilə görüşündə, istərsə də bölgələrə səfəri zamanı yaşlı insanlarla səmimi söhbətləri, onları qayğılandıran məsələlərlə bağlı həssas yanaşması deyilənlərin təsdiqidir.

Sözügedən məqamı özündə əks etdirən süjet AzTV-nin “Xəbərlər” proqramında yayımlanıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR