Son Xəbər: Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT, Pulsuz ictimai nəqliyyat xidməti bu tarixdə başa çatır,

"Koronavirusa görə manatın məzənnəsi düşə bilər" - Samir Əliyev

"Koronavirusa görə manatın məzənnəsi düşə bilər" - Samir Əliyev

Tarix: 6-03-2020, 09:35


Son vaxtlar bir çox ölkələrdə koronavirusun yayılması həmin ölkələrin iqtisadiyyatına zərbə vurub.
Koronavirusun yayılması Azərbaycana bir çox iqtisadi ziyanlar vuracaq. Bu sözləri anews.az-a  açıqlamasında iqtisadi ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə: "İran o tərəfdə yaşayan insanların gəlir mənbəyidir. Burda bir necə problem var.
 
 Bu dəqiqə koronavirusa görə ölkələr arasında ticarət münasibətləri getdikcə məhdudlaşır. Azərbaycana ən çox mal Çindən gəlirdi. Sədərək, Binə bu kimi iri ticarət mərkəzlərində Çin malları kifayət qədərdir. Bu gün o əlaqələrin dayandırılması Çindən gələn malların xüsusilə geyim, həm məişət texnikası və. bunların qıtlaşmasına gətirib çıxarır. Bunlar ölkəyə daxil olmur və bahalaşma baş verir. 
 
Çində  bu virusun yayılması təkcə Azərbaycanla münasibətləri deyil həm də Çİn-Türkiyə, Çin-Rusiya arasında məhdudlaşmalar da yaradıb. Bizdə Çin mallarını əvəz edəcək ölkələr, Türkiyədən gətiriləcək mallar özləri də bizi təmin edə bilmiyəcək. Çünki Türkiyə özü də Çindən mal alır. Çin təkcə digər ölkələrə də məhsul ixrac edir. Bunların əsas təsiri o olacaq ki, qiymətlər bahalaşacaq. Artıq bunu müşahidə etmək də olur.

İkinci ən böyük zərbə turizm sektoruna dəyib. Qarşıda "Novruz” bayramı gəlir. Bu bayramda Azərbaycana İrandan başqa ölkələrdən nə qədər turist gəlirdi. Amma bu virus təhlükəsi mehmanxanalara, restoranlara, otellerə, iaşə obyektlərinə böyük zərbə vuracaq. Sahibkarlar buna görə əziyyət çəkəcək.

Üçüncü  tərəfdən əgər bu virus problemi uzanarsa, qısa müddətdə həllini tapmazsa, bir neçə ay sonra dünya bazarında neftin qiymətinin ucuzlaşmasına gətirib çıxardacaq. Onsuzda neftin qiyməti ucuzlaşıb. Bu belə davam edərsə daha aşağı düşə bilər. Neftin ucuzlaşması Azərbaycanın ixrac gəlirlərini kəskin azalmasına gətirib çıxaracaq. Düşünürəm  ki, burda artıq manatın məzənnəsinin dəyişməsi məsələsi ortaya çıxa bilər.
 
Neft uzun müddət aşağı səviyyədə qalarsa, hökümət  manatın məzənnəsini bir müddət saxlaya bilər, bir müddət sonra bu artıq mümkün olmayacaq. Bu da o deməkdir ki, 2015-ci ildə baş verən hadisə yenidən təkrar olacaq və manat özünü buraxmaq məcburiyyətində qalacaq.
 
Bütün bu səbəblər bir-birinə zəncirvarı bağlıdır. Biz idxaldan aslı ölkəyik. İdxal olunan məhsulların qiyməti bahalaşacaq. Bu bizim yerli istehsalata təsir edəcək. Bu bizim iqtisadi inkişafımıza mənfi təsir edir və əhalinin sosial vəziyyətinə təsir edəcək.

Bu gün iqtisadiyyatda ən çox ziyan çəkən Çinin özüdür. Çində yükdaşımalar, nəqliyyatdaşımaları pərakəndə satışa, zərbə dəyibdir. Bu fəsadlar bir müddət davam edəcək. Çin bu gün iqtisadi məsələdən çox bu virusun yayılmasının qarşını almağa cəhd edir. Onları bu dəqiqə iqtisadiyyat çox da maraqlandırmır. Çin virusun qarşısını almaq üçün mübarizə aparır.
 
Biz həm neft baxımından həm istehsal baxımından asılı ölkəyik. Özümüzün idxalı yoxdur. Daxili istehsalı güclü olan ölkələrdə bu nisbətən yüngül zərbədir. Məsələn Avropa ölkələrində daxili istehsal var. Belə olan halda hökümət dolayı yolla sahibkarlara təsir etməlidir.
 
Bu cür halların baş verməməsi üçün dövlət strategiyani düzgün qurmalı idi. Ölkənin ərzaq balansı olmalı idi ki, belə hallar baş verəndə çətin vəziyyət yaranmasın. Elə məhsulllar var ki, onların bahalaşması problem yarada bilər. Fikrimcə bu məsələdə hökümət düzgün və öz ehtiyyatını qurmalı idi.
 
Qıtlığı aradan qaldırmaq üçün əlavə ölkənin əlavə ehtiyatları olmalı və məhsul bolluğu yaratmalıdır. Bunu xaricdən gətirməklə deyil ölkə daxilində kompleks şəklində həyata keçirməlidir".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR