Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Azərbaycanda bank 2 milyon manat borc alıb

Azərbaycanda bank 2 milyon manat borc alıb

Tarix: 6-03-2020, 21:12

6 mart 2020-ci il tarixində Bakı Fond Birjasında "BTB Bank”ASC-nin 2 milyon manat həcmində, 1 il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"MediaPost" Bakı Fond Birjasına istinadən xəbər verir ki, yerləşdirmə zamanı hər bir istiqrazın hərrac qiyməti 1000 manat olmuşdur (cəmi 2000 istiqraz təklif edilib). 3 investor tərəfindən 3 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2 milyon manat olub. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 2 milyon manat təşkil edib. Qiymətli kağızların ödəmə tarixi 5 mart 2021-ci ildir.

İstiqrazlar üzrə faiz ödənişi (illik 9% ) yerləşdiyi tarixdən etibarən dövri olaraq hər rübün son iş günü ödəniləcəkdir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR