Son Xəbər:
Tarix: 14-11-2019, 14:45
Aygün Kazımovanın qardaşı həbsdən azad olunması üçün Prezident İlham Əliyevə müraciət edib.
Xalq artisti Aygün Kazımovanın qardaşı Kazımzadə Kazım Ələsgər oğlunun yaxın qohumu Big.az-a müraciət edib. O, bildirib ki, müğənninin qardaşı Kazım Kazımovun vəziyyəti ağırdır:
"Kazım özü prezidentə müraciət edib. Oğlu da video vaistəsi ilə müraciət edir ki, atası azadlığa çıxsın. Vəziyyəti olduqca ağırdır. Tək istəyi ailəsinin yanında ölməkdir".
Xanım müğənninin məhkum qardaşının oğlu Ələsgər Kazımovun müraciət videosunu təqdim edirik:
Big.az Kazım Kazımovun prezidentə müraciətini təqdim edir:
"Bakı Ağır Cinayətlər məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 12 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda ağır onkaloji xəstəlik səbəbi ilə Penitersiar Xidmətin Müalicə Müəsisəsində müalicə olunan, Xalq artisti Aygün Xanım Kazımovanın doğma qardaşı Kazımzadə Kazım Ələsgər oğlu tərəfindən
MÜRACİƏT
Hörmətli Prezident!
Yazaraq sizə bildirmək istəyirəm ki,mən 2015-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitersiar Xidmətinin 2 saylı Cəza-çəkmə Müəsisəsinə daxil olmuşam, daxil olduğum müddətdən 2018-ci ilədək daxili rejim qaydalarını pozmamışam.Müəssisə rəisi tərəfindən barəmdə heç bir tənbeh tədbiri görülməmişdir. 2018-ci ildə bel-kürək nahiyəmdə yaranmış ağrılar səbəbi ilə 23.06.2018-ci ildə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərilmişəm. MRT müayinəsinin cavabı isə 3-cü dərəcəli xərçəng xəstəliyinə yoluxmağım olmuşdur.
Azərbaycan Respublikasının Qanunlarına əsasən məhkum Cəzaçəkmə Müəssisəsinə daxil olduqdan sonra ağır xəstəliyə düçar olursa vaxtından əvvəl cəzadan azad olunur. Yəni Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən komissiya keçirilib azadlığa buraxılmalıdır.Mənim də xəstəliyimə dair sənədlərim bu komisiyalara təqdim edilib. Şəxsən iki dəfə tibbi komisiyada iştirak etmişəm. Ancaq heçbir nəticə əldə etməmişəm. Səbəb isə belə olmuşdur, yəni Müalicə Müəssisəsinin rəis müavini İftixar Qurbanov mənə: "Hələ yeriyə bildiyimi demiş və hələ ölmürsən, ölənə yaxın səni buraxacağıq" demişdir.
Hörmətli Prezident!
Sizdən xahiş edirəm ki, mənim ağır xəstəliyə yoluxduğumu, ölüm ayağında olmağımı və cəzamın 3/2 hissəsini çəkməyimi nəzərə alıb cəzadan vaxtından əvvəl azad olunmağıma köməklik göstərəsiniz".