Son Xəbər: Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub, Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb, Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub, Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb, Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır, Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək, M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir, Bakıda oğurluq edən şəxslər saxlanılıblar, İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib, DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb,

"Qara Bazar ertəsi"ndən sonra qonşu ölkələrin valyutaları çökür

"Qara Bazar ertəsi"ndən sonra qonşu ölkələrin valyutaları çökür

Tarix: 9-03-2020, 12:30

Bu gün neftin qiymətinin kəskin ucuzlaşmasından sonra maliyyə bazarlarında kəskin dəyişiklik baş verib. Mütəxəssislər buna "Qara Bazar ertəsi" adını verib.

Mediabiz.az  xəbər verir ki, "Qara Bazar ertəsi"ndən sonra türk lirəsi dollara nisbətdə 1% ucuzlaşıb. Cümə günü 6.07 səviyyəsinə qədər enən Dollar/TL bu gün 6.2027 səviyyəsinə yüksəlib.
Neftin ucuzlaşması Rusiya milli valyutasını da kəskin ucuzlaşdırıb. Beynəlxalq valyuta bazarında Dollar/RUB 68, 547 səviyyəsindən 73, 227 səviyyəsinə yüksəlib.
Avro/RUB cütlüyü isə 77, 352 səviyyəsindən 83, 661 səviyyəsinə yüksəlib. Hər iki valyutaya nisbətdə rublun ucuzlaşması tendensiyası davam edir.
İran realı isə 1 ABŞ dollarına nisbətdə 42,000 səviyyəsindədir. İran valyutası da son zamanlar dəyər itirməkdədir.
Gürcüstan valyutası isə digər valyutalara nisbətdə dollara qarşı 2,7760 səviyyəsindən 2,7635 (-0,45%) səviyyəsinə enib.
(baku.ws)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR