Son Xəbər: C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq,

Banklarda dollar satışında SON DURUM

Banklarda dollar satışında SON DURUM

Tarix: 10-03-2020, 15:35


"Hazırda satışda dollar var”.

Mediabiz.az xəbər verir ki, bu baradə qaynarinfo-ya Unibank ASC-dən Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyevin dollar satışı ilə bağlı heç bir problemin olmadığı açıqlamasını şərh edərkən bildiriblər:
"Satışda dollar var. İş saatı 17:00-da bitir. Ona kimi istəlinən müştəri bankın filiallarına yaxınlaşa bilər” .

Əmrahbank isə satışda dolların olmadığını deyib:

"Satışda dollar yoxdur. Dünən də olmayıb. Bu gün dolların satışda olub-olmayacağı ilə bağlı heç bir məlumata malik deyilik”.

Muğanbankda da hazırda satışda dolların olmadığını bildirdilər:

"Deyiblər ki, saat 12:00-dan sonra olacaq. Həmin saatdan sonra əlaqə saxlayın”.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev mətbuata açıqlamasında dollar satışı ilə bağlı heç bir problemin olmadığını açıqlayıb. Sədr "Azərbaycandakı banklar adi gücləndirilmiş iş rejimində işləyirlər. Müştərilərdən gələn bütün tələbləri qarşılamağa çalışırlar və qarşılayırlar. Hər hansı məhdudiyyət yoxdur və olmayacaq", - deyə vurğulayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR