Son Xəbər: C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq,

Putin Dumaya gəldi: Səlahiyyətlərini azaldır...

Putin Dumaya gəldi: Səlahiyyətlərini azaldır...

Tarix: 10-03-2020, 17:40

Rusiya Prezidenti Vladimir Putin Rusiya Dumasına gəlib.

 Dumada Konstitusiya düzəlişləri ilə bağlı çıxış edib. Çıxışı zamanı Rusiyada bir daha inqilablara yol verilməməsi gərəkdiyini deyib:
“İnqilablar Rusiya üçün artıq kifayətdir. Rusiya inqilablarla bağlı planını doldurub”.
O, Dumaya növbədənkənar seçkilərin keçirilməsinə ehtiyac olmadığını vurğulayıb. Bununla belə Putin prezidentin səlahiyyətlərinin bir qisminin Dumaya verilməsini dəstəklədiyini bildirib.
Putin Jirinovskinin Dövlət Şurasının prezidenti seçməsi təklifini də dəstəkləmədiyini söyləyib. O, bunun ikihakimiyyətlilik yaradacağını deyib.
Putin prezidentlik dönəmi ilə bağlı məhdudiyyətin ləğv edilməsini də dəstəkləməyib:
“Mən Peterburqdakı görüşümdə demişəm: SSRİ dönəminə qayıtmaq istəmirəm. Bu, doğru olmazdı”.
Bununla belə, Putin prezidentlik dönəminin sıfırlanması ilə bağlı təklifi yalnız Konstitusiya Məhkəməsinin buna icazə verəcəyi təqdirdə dəstəkləyəcəyini söyləyib. //Axar




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR