Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Azərbaycanda iş adamı intihar etdi

Azərbaycanda iş adamı intihar etdi

Tarix: 11-03-2020, 12:21

Göyçay rayonunda intihar hadisəsi baş verib.
 
Mediabiz.az-ın xəbərinə görə, hadisə rayonun Çərəkə kəndində qeydə alınıb. Göyçay şəhərində yaşayan 1973-cü il təvəllüdlü İsrafilov Siyavuş Kamal oğlu Çərəkə kəndinə, atasına məxsus evə gedərək özünü asaraq öldürüb. S.İsrafilov intihar edərkən onun ailə üzvləri şəhərdəki evində olub və hadisədən gec xəbər tutublar.
 
Uzun illərdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan S.İsrafilovun mal-qara ferması və yağ-pendir istehsalı sexi var. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.APA




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR